2023-03-25 21:47:42
İranın Xuzistan əyalətinin Əhvaz şəhərində “Butane” adlı şirkətin təbii qaz anbarında partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb. Xuzistan əyalətinin Qızıl Aypara Təşkilatının sədr müavini Əmir Abbas Necefi verdiyi açıqlamada “Yerli vaxtla saat 09:45-də Butan şirkətinin təbii qaz anbarında baş verən yanğından sonra partlayış baş verib. Təəssüf ki, partlayış nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb. Bədənlərində yanıq xəsarətləri alan yaralılar xəstəxanaya göndərilib”.
YANĞININ SƏBƏBİ MƏLUMDUR
Partlayışdan sonra qrupların sürətlə hadisə yerinə sövq edildiyini ifadə edən Necefi, “İlk andan etibarən xilasetmə və sağlamlıq qrupları ilə yanaşı, axtarış-xilasetmə qrupları da hadisə yerindədir. Hazırda şirkətə məxsus 3 anbarda baş verən yanğın söndürülsə də, alov digər anbarlara da keçib. Yanğınsöndürmə briqadalarımız hələ də yanğını söndürmək üçün çalışırlar”, – deyə o bildirib.
class=”medianet-inline-adv”>
Yanğının səbəbinin hələ məlum olmadığını bildirən Necefi, son nəticənin araşdırmalardan sonra paylaşılacağını bildirib.
Tərcümə“24 SAAT”