2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İrandan qaçan fəal azadlığa çıxıb və üçüncü ölkəyə getmək istəyir.

Bakı/11.12.23/Turan: Oktyabrın 12-də Azərbaycan sərhədini keçərkən saxlanılan iranlı siyasi mühacir Puya Purhemmeti ev dustaqlığına buraxılıb. Bu barədə dekabrın 11-də Turan agentliyinə onun özü məlumat verib. O, üçüncü ölkəyə getmək istədiyini, çünki Azərbaycanda qalmağın onun üçün təhlükəli olduğunu bildirib.

Puya Purhemməti İranın əxlaq polisinin nəzarətində olarkən öldürülən Məhsa Əmini ilə bağlı 2022-ci il sentyabrın 29-da Təbrizdə keçirilən etiraz aksiyasının təşkilatçılarından olub.

O etiraz aksiyasından sonra saxlanılıb, ağır işgəncələrə məruz qalıb. İran məhkəməsi Purhemmətini daxili və xarici qüvvələrlə birləşib hökumət əleyhinə etirazlar təşkil etmə ittihamı ilə 3 il həbsə məhkum edib. Məhkəmə hökmünə görə, həbsindən sonra 2 il də İran ərazisni tərk edə bilməz. Puya həbsdə olarkən də çox ağır işgəncələrə məruz qalıb. Nəhayət 2023-cü il oktyabrın 9-da girov müqabilində həbsdən buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

 Həbsdən buraxılandan sonra onu yenidən həbsxanaya qaytarmaq üçün axtarıblar. Bu səbəbdən Puya oktyabrın 12-də Azərbaycanın Biləsuvar rayonu istiqamətində ağ bayraq qaldıraraq İran sərhədini keçərək Azərbaycan sərhədçilərinə təslim olub.

O Azərbaycan Respublikasından siyasi sığınacaq və ya üçüncü, təhlükəsiz ölkəyə keçirilməsini xahiş edib.

“Biz Azərbaycan Respublikasının bütün azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların hüquqlarını daim müdafiə edən siyasi rəhbərliyindən, hüquq mühafizə orqanlarından Puyanı İrana qaytarmamasını xahiş edirik. Beynəlxalq təşkilatlara, o cümlədən BMT-ninn Qaçqınlar Üzrə Ali Komssarlığının Azərbaycan nümayəndəliyindən xahiş edirik ki, tez bir müddətdə Puya Purhemmətiyə baş çəkib onun təhlükəsizliyini təmin edilməsinə və ölümdən xilas edilməsinə kömək etsin. Puya İrana qaytarılsa onu edam gözləyir”, Puya Purhemmətinin ailəsinə yaxın mənbə Amerikanın Səsinə deyib.

Puya oktyabrın 14-də Bakı şəhərinin Səbail rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Puya Purhemməti barəsində Azərbaycan Cinayət Məcəlləsinin 318.1 maddəsi (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) ilə təqsirləndirlən şəxs qismində iki ay həbs qətimkan tədbiri seçib.

Puya Purhemməti 1987-ci il sentyabrın 9-da İranın Culfa şəhərində anadan olub. İran vətəndaşıdır, hazırda Təbriz şəhrində qeydiyyatdadır. Ali təhsillidir və ailəlidir. -03-

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button