2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub.

Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb. 

Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib. 

Saytların yığılması Saytlarin yigilmasi

Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib. 

Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya təxliyə olunublar. Rəsmi Bakı terror aktı adlandırdığı hadisə müfəssəl araşdırılmayınca və təqsirkarlar cəzalandırılmayınca səfirliyin fəaliyyətini bərpa etməyəcəyini bildirmişdi.

Ötən ay isə səfirliyə hücum etmiş İran vətəndaşı Yasin Hüseynzadə barəsində edam hökmünün çıxarıldığı məlum olub. 
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button