2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İş adamı ilə Mahmudovun övladları arasında alqı-satqı qalmaqalı davam edir

[

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Nərgiz və Anar Mahmudovlarla iş adamı Ağarəhim Rəhimov arasında məhkəmə çəkişməsi davam edir.

Gununsesi.info xəbər verir ki, birinci instansiya məhkəməsinin qərarı Ağarəhim Rəhimovu qane etmədiyi üçün apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Vüsalə Baxışovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Ağarəhim Rəhimovla Mahmudovlar arasında birinci məhkəmə çəkişməsi Bakı Kommersiya Məhkəməsində olub. İş adamı keçmiş nazirin övladlarını alqı-satqı müqaviləsi üzrə mübahisələrdən dolayı məhkəməyə verib.

Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutuduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib.

Keçmiş nazirin oğlu Anar Mahmudov Azərbaycan Beynəlxalq Bankının sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin kürəkənidir. Nərgiz Mahmudova isə Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xurman Mahmudova yazardır.

 

 

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button