2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İsa Qəmbərə niyə pensiya düşmür?

Müsavat Partiyasının keçmiş başqanı, 1990-95-ci illər Ali Sovetin (daha sonra Milli Məclisin) deputatı, 1992-1993-cü ilə Azərbaycan Milli Məclisinin sədri İsa Qəmbərin 65 yaşı tamam olsa da, pensiya ala bilməyib. Ona 180 manat məbləğində yaşa görə müavinət təyin edilib. Qanunvericiliyə görə, 25 il əmək stajı və ya minimum əməkhaqqının 144 misli həcmində pensiya kapitalı olmayan vətəndaşlara müavinət təyin edilir. 

2018-ci ildə ““Milli Məclis deputatının statusu haqqında” qanuna dəyişiklik edilib və qanunun aşağıdakı hissəsi çıxarılıb:

“Pensiya yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Milli Məclisin sədri, Milli Məclis sədrinin birinci müavini, Milli Məclis sədrinin müavini, Milli Məclisin komissiya sədri və ya Milli Məclisin komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, o, pensiyaya çıxdıqda müvafiq olaraq fəaliyyətdə olan Milli Məclis sədrinin, Milli Məclis sədrinin birinci müavininin, Milli Məclis sədrinin müavininin, Milli Məclisin komissiya sədrinin və ya Milli Məclisin komissiya sədri müavininin orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və həmin seçkili vəzifəyə görə aylıq vəzifə maaşının artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir”.

Saytların yığılması Saytlarin yigilmasi

Qüvvədə olan qanunvericilikdə həmin maddə belə redaksiyada verilib:    

“Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, deputatın, sabiq deputatın və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir”.

Beləliklə, İsa Qəmbər qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş əmək stajına və pensiya kapitalına malik deyil. O, Pressklub.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məsələ ilə vəkili Nemət Kərimli məşğul olur. 

Vəkil isə Pressklub.az-a deyib ki, “Əmək Pensiyası haqqında” qanun 1995-ci ildən əvvəl seçilmiş deputatlara şamil edilmir, yəni həmin şəxslərin güzəştli şərtlərlə pensiya alması istisna olunur: “O zaman “Demblok”a üzv olmuş şəxsləri pensiyadan məhrum etmək üçün bu düzəlişi ediblər. Orada bir cümlədə var ki, keçmiş Ali Sovetdə işləmiş şəxslərə güzəştli şərtlərlə pensiya verilir. İsa bəyin deputatlıq dövrü yox, Ali Sovetə sədrlik etdiyi dövr əsas götürülür. Buna görə, o, pensiya almalıdır. Qanunda da göstərilib ki, Milli Məclisin sədrləri sədrin əmək haqqının 80 faizi həcmində təqaüd alırlar. Amma İsa Qəmbərə, ümumiyyətlə, əmək stajı, pensiyanın yığım hissəsi olmadığına görə, pensiya yox, yaşa görə müavinət ayırıblar”.

N.Kərimli bildirir ki, hazırda müvafiq qurumlarla məhkəmə çəkişməsinə başlamaq üçün məsləhətləşmələr aparırlar.   

İqtisadçı Toğrul Maşallı isə Pressklub.az-a şərhində qeyd edib ki, hazırkı qanunvericiliyə görə, İsa Qəmbərə pensiya düşmür, çünki onun əmək stajı 25 il deyil: “Deputat da insandır və staja malik olmalıdır. Sovet dövründə 12 il əmək stajı olub, 4 il universitetdə təhsil alıb, 1 il spiker, 5 il isə Məclisin deputatı olub. Bu da toplam 22 il staj deməkdir və qanunda göstərilən müddəti ödəmir”.

Xatırladaq ki, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. 

Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini – 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri – 80 faizi (1 980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini – 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Turqut

24 saat” “İsa Qəmbərə niyə pensiya düşmür?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button