2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İşğalın 100 ili

Aprelin 28-də (əslində, 27-də) rus-bolşevik qoşunlarının Azərbaycan Cümhuriyyətini işğal etdiyi günün 100-cü ili tamam olur. AzadlıqRadiosunun “İZ” proqramı o dönəmin 3 tanınmış araşdırıcısına – Cəmil Həsənliyə, Solmaz Tohidiyə və Aydın Balayevə üz tutaraq bu işğal olayını dəyərləndirmələrini xahiş edib. “3 tarixçiyə 5 sual” adlanan müsahibə 3 bölümdə diqqətinizə yetiriləcək və hər bölümdə bir tarixçinin cavabları əksini tapacaq.

Cəmil Həsənli: “Məktub Moskvaya çatmazdan 35 gün öncə Azərbaycanın işğalı başa çatdırılmışdı”

Saytların yığılması Saytlarin yigilmasi

M.Ə. Rəsulzadənin diliylə deyilsə, “böyük faciə”nin – bolşevik işğalının 100 illiyi gəlir. Sizcə, bu qanlı tarix niyə unudulmamalıdır?

– 1964-cü ildə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin 150 illiyi Bakıda təntənəli bayram kimi qeyd ediləndə, SSRİ Yazıçılar İttifaqının Azərbaycan ədəbiyyatı üzrə məsul nümayəndəsi, Rusiya nümayəndə heyətinin tərkibində həmin tədbirə qatılan yazıçı Vitali Vasilevski azərbaycanlı həmkarlarına dedi ki, deyilənlər cəfəngiyatdır, bu, işğaldır və qəribə xalqsınız, işğal olunduğunuz günü bayram kimi qeyd edirsiniz. Kim tərəfindən, nə zaman, hansı şəraitdə baş verməsindən və nəticələrindən asılı olmayaraq, işğal işğaldır və işğala məruz qalmış xalqın yaddaşında belə də qalmalıdır.

Sizcə, “28 Aprel olmaya bilərdimi” sualının cavabı doğruları üzə çıxarmaq baxımından nə dərəcədə önəmlidir?

-28 Aprel işğalı yerli hadisə deyildi, yaxşı və ya pis idarəçiliklə elə bir əlaqəsi yox idi. Bu, əvvəlcədən hazırlanan xarici müdaxilə və işğal faktı idi. 1920-ci ilin mart ayında Sovet Rusiyasının Xarici İşlər komissarı Georgi Çiçerin Leninə yazırdı ki, “Azərbaycana qarşı güc tətbiq edilməsi beynəlxalq aləmdə dostlarımızı bizə qarşı qaldırar”. Britaniya Leyborist Partiyasının liderlərindən biri, “The Daily Herald” qəzetinin redaktoru Corc Lansberi və onun kimilər kiçik Azərbaycan xalqından vəcdə gəlmişlər. Britaniya parlamentinin Liberal Partiyasından olan üzvü Cozef Kenvorsi “bizim əziz dostumuz kiçik, azad Azərbaycan” haqqında ilhamlı məqalələr yazır: “Onlara dəlil verməməliyik ki, bizi imperialist hesab etsinlər”. Amma, məlum olduğu kimi, dəlilsiz keçinmək mümkün olmadı. 1917-ci ildə Rusiya imperiyasının dağılması da, 1920-1921-ci ildə köhnə hüdudlarda bərpası da ümumdünya hadisəsi idi. Dünya qalib Antantanın məğlub üzvü olan Rusiyanın dağılmasına hazır deyildi. Ona görə də, Birinci Dünya müharibəsinin qalibləri öz keçmiş müttəfiqləri Rusiyanın 1914-cü il hüdudlarında bərpasına təbii baxırdılar və 28 Aprel də bu zəncirin ilk həlqəsi idi.

Azərbaycanın işğalına ovaxtlar hələ Atatürk adlandırılmayan Mustafa Kamal Paşanın xeyir-dua verməsi barədə iddialar nə dərəcədə düzdür? Belə bir xeyir-duaya rusların nə ehtiyacı vardı?

Mustafa Kamal Paşanın 1920-ci ilin aprel ayının 26-da Türkiyə Böyük Millət Məclisinin adından Sovet hökumətinə ünvanlanmış məktubu var və mən Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivində o məktubu gözlərimlə görmüşəm, surətini də çıxarmışam. Amma bu məktubdan sui-istifadə edənlər də var. Məktub Novorossiysk vasitəsilə Moskvaya yola salınmış və yalnız 1920-ci ilin iyunun 3-də Moskvaya çatmışdı. Orada deyilirdi: “Birincisi. Biz öz üzərimizə öhdəlik qəbul edirik ki, imperialist hökumətləri ilə mübarizə aparan və bütün məzlumları onların əsarətindən azad etmək vəzifəsini qarşısına məqsəd qoyan rus bolşevikləri ilə bütün fəaliyyətimizi və bütün hərbi əməliyyatlarımızı birləşdirək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button