2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İsmət Qayıbov xatirələri

O həmişə qəlbimdədir

Qarakənddə törədilən faciəli hadisə hər dəfə yadıma düşəndə orada həlak olanlara Allahdan rəhmət diləyir, hadisədən üç ay əvvəl İsmət Qayıbovla olan bir əhvalatı xatırlayıram. Elə bilirəm həmin əhvalatı nəql etsəm onun geniş qəlbi, humanistliyi, öz millətini necə sevməsi, xalqına olan münasibəti indiki bəzi rəhbər işçilərə görk olar.

1991-ci ilin avqust ayı idi. Qızım pedaqoji instituta ( indiki universitetə) daxil olmaq üçün qəbul imtahanları verirdi. Ayın 20-də axırıncı imtahanı idi. Əvvəlki imtahanlardan olduğu kimi bu imtahandan da yüksık qiymət aldı. Ona görə də sevinci, fərəhi hədsiz idi. Şəhərin görməli yerlərləri ilə onu tanış etmək üçün axşamüstü gəzməyə apardım.

Saytların yığılması Saytlarin yigilmasi

Evdən çıxanda yolumuz Respublika Baş Prokurorluğu binasının qarşısından düşdü. Ordan keçərkən iki nəfər yaşlı kişi və qadının bir-birindən kənarda dayandığını gördüm. Bir az getmişdim gözüm binadan çıxıb pilləkanlarla iti addımlarla enən bir nəfərə sataşdı. Özü ilə bir dəfə də olsun üzbəüz olmadığım halda televiziya ekranlarında, qəzetlərdə şəkillərini çox gördüyüm İsmət Qayıbovu dərhal tanıdım. Yanında heç kim yox idi. Təəccübləndim, necə yəni baş prokuror cangüdənsiz, sürücüsüz tək-tənha binadan çıxıb gedir. Nə isə, pilləkanları yarıya kimi enmişdi ki, həyətdə dayanan kişi cəld ona yaxınlaşdı. İ.Qayıbov ayaq saxlayıb həmin kişi ilə əl tutuşdu, dərdini soruşdu. Bir jurnalist kimi çox maraqlandım. Qızama üz tutub dedim:

-Sən get kənarda dayanıb məni gözlə.

İsmət Qayıbov 10 dəqiqədən çox onu dinlədi. Sonra cibindən bloknot və qələm çıxardıb şikayətçinin adını, soyadını, ünvanını, şikayətinin nədən olduğunu qeyd etdi. Onlara yaxın olduğum üçün danışıqlarını aydın eşidirdim. Kişi çox razı halda təşəkkürünü bildirib ayrılan kimi qadın ona yaxınlaşdı. O, qadının qolundan tutub dedi: -Nənə, icazə ver, bu cavan qızımızı dinləyim sonra səni eşidərəm.

Mən dərhal dedim:
-Yoldaş Qayıbov, o, mənim qızımdır, şikayətimiz yoxdur. Sadəcə buradan keçirdik.

İ.Qayıbov qadını diqqətlə dinləyib onu razı yola saldı. Baş prokurorun bu işinə məəttəl qalmışdım. Dayandığım yerdən tərpənmək belə istəmirdim. Bir də gördüm ki, mənə tərəf gəlir. Əl verib görüşdü, gülümsəyib yoluna davam etdi.

Respublikanın baş prokurorunun şikayətçini pilləkanda ayaqüstü qəbul edib dərdlərini dinləməsi, şikayətləri ilə ətraflı maraqlanacağını deməsi məni valeh etdi, ona olan məhəbbətimi qat-qat artırdı. Belə kişini yaddan çıxarlb unutmaq olarmı? Qətiyyən. O, həmişə onu sevənlərin qəlbindədir.

Sərməst Seyidəliyev, yazıçı-jurnalist.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button