2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İsrail erməni neonasistlərin yürüşünü pisləyib

Yanvarın 1-də Qaregin Njdenin erməni pərəstişkarlarının yürüşünü pisləyən və onların liderini nasist kollaborasionist adlandıran İsrailin Ermənistan və Moldovadakı səfiri Coel Layon kəskin və birmənalı olmayan bəyanatla çıxış edib. Rəsmi İsrail keçən il Yerevandakı yeganə sinaqoqun təhqir edildiyi zaman Yerevanın ünvanına yumşaq tənqidlərlə kifayətlənmişdi. Ermənilər işğal edilmiş ərazilərin azad edilməsi üçün İsrailin Azərbaycana hərbi-texniki dəstəyinə belə cavab vermişdilər. Lakin erməni faşistin tərəfdarlarının Yerevanın küçələrində yürüş keçirməsi, üstəlik Hitler svastikasına bənzər bayraqlar qaldırması və “Ziq Hayl” qışqırıqları rəsmi İsraili özündən çıxardı.

Səfir Layon X sosial şəbəkəsində dərc edilən mesajda belə bir tələb irəli sürüb: “Ermənistan hakimiyyəti nasizmin və antisemitizmin istənilən formasına qarşı açıq şəkildə çıxış etməlidir”. Bununla o, baş nazir Nikol Paşinyanı çətin vəziyyətə salıb, çünki Ermənistan rəhbəri ölkənin kollektiv Qərb və Rusiya arasındakı xarici siyasət xəttini müəyyən edə bilmir. Ermənistan hökuməti “iki stulda oturmağa” çalışaraq hər iki tərəfə reveranslar edir. Erməni faşistlərə qarşı çıxarsa,  Rusiyanın düşmənlərinə yaxınlaşmaq niyyətini bir daha göstərəcək. Üstəlik, İsrail-Fələstin münaqişəsində Rusiya Qəzza zolağında ərəblərin tərəfini tutub.

İsrailin ədalətli reaksiyası gecikmiş görünür. Demək olar ki, Qüds Ermənistanda əvvəlki çoxsaylı faşist təzahürlərinə reaksiya verməyərək ermənilərə havadarlıq edib.

Saytların yığılması Saytlarin yigilmasi

2016-cı ildə Yerevanın mərkəzində nasist Njdenin abidəsi qoyulanda İsrail susmuşdu. Gümrü, Qafan kimi böyük mərkəzlərlə yanaşı, ən azı on yeddi yaşayış məntəqəsində Njdenin xatirəsi saxlanılır. Gümrü şəhərində Njdenin abidəsi ucaldılıb və küçə adlandırılıb. Həmin küçədə faşizm üzərində qələbə ilə öyünən və hazırda Ukraynada antinasist şüarı altında savaşan Rusiyanın hərbi bazası yerləşib. Qafan şəhərində Njde küçəsi və 2003-cü ildə ucaldılmış memorial var.

Hitler generalı, sovet məhkəməsi tərəfindən güllələnməyə məhkum edilmiş Qaregin Njdenin adına küçələr Ağarak, Aparan, Artik, Aştarak, Burastan, Büravan, Dvin, Gorus, Mrqavan, Mrqavet, Nşavan, Sisian, Stepanavan, Vanadzor, Verin, Artaşat və Yeqvardda var. Ermənistanda bütöv bir kənd Njdenin şərəfinə adlandırılıb.

Azərbaycan mətbuatında erməni faşizminə dünyanın gözünü açan çoxsaylı nəşrlərə baxmayaraq, niyə İsrail Ermənistanda hitlerizmin tərənnümünün bu cür açıq təzahürlərinə susdu? Sual ritorikdir, lakin Azərbaycanın  erməni revanşizminin cilovlanmasında haqlı olduğunu bir daha İsrailə və sivil dünyaya nümayiş etdirəcək konkret cavabı var.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button