2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İsrail-Həmas müharibəsi: İsrail tərəfi əməliyyatların bir aydan çox davam edə biləcəyini deyir

Hazırda heç bir müstəqil mənbə itkilər barədə məlumatları təsdiq etməyib.

Qəzzanın Həmasın nəzarətində olan Səhiyyə Nazirliyi, İsrailin zolağın şimal hissəsinin sakinlərini təxliyə etməyə çağırdığı cənub hissədə 800-dən çox mükli sakinin öldürüldüyünu açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu, Qəzzada son əməliyyatımız olmalıdır, çünki daha sonra Həmas olmayacaq”, – Yoav Gallant deyib.

Nazir növbəti mərhələnin, çox gözlənilən quru əməliyyatının “tezliklə baş tutacağını” bildirib.

Ancaq quru əməliyyatının nə zaman olacağı bəlli deyil.

Yaxın iki gündə Hollandiyanın baş naziri Mark Rutte və Fransa Prezidenti Emmanuel Macronun bölgəyə səfərləri gözlənilir.

Müstəqil təhlilçilərdən bəziləri hesab edirlər ki, dünya liderlərinin bölgəyə səfəri İsrailin Qəzzanın şimalına quru əməliyyatını ləngidir və bu səfərlər dayanan kimi hərbi əməliyyatlar başlayacaq.

Bazar günü axşam, oktyabrın yeddisindən bəri BMT-nin 14 yük maşınından ibarət ikinci humanitar yardım karvanı Qəzzaya daxil ola bilib.

Ağ Ev bildirib ki, İsrailin baş naziri Joe Bidenlə telefon danışığında bu humanitar yardımların çatdırılmasının davamlılığını təmin edəcəyinə söz verib.

ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya və İtaliya liderləri İsrailin terrorizmə qarşı özünümüdafiə hüququnu dəstəklədiklərini, lakin Qəzzanın mülki əhalisinin təhlükəsizliyindən narahat olduqlarını elan ediblər.

Fələstinin Həmasın nəzarətində olan hissədə fəaliyyət göstərən Səhiyyə Nazirliyi oktyabrın yeddisindən bəri həlak olanların sayının 4 min 651-ə yüksəldiyini açıqlayıb.

Qurum öldürülənlərdən 1873-nün uşaq olduğunu bildirir.

Açıqlamaya görə, hücumlarda 1100-dən çox qadın öldürülüb.

Yaralıların ümumi sayı 15 minə yaxındır.

Həmas oktyabrın yeddisində İsrailə hücuma edib və nəticədə 1400-dən çox insan həlak olub. Qadın və uşaqların olduğu 200-ə yaxın insan girov götürülüb Həmasın nəzarətində olan Qəzzanın şimal bölgəsinə aparılıb.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button