2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İsrail mediası: Türkiyə – ABŞ əlaqələri məhv ola bilər

İsrail mətbuatı Türkiyə – ABŞ münasibətlərinin pozula biləcəyi təhlükəsindən yazıb. 24saat.org xəbər verir ki, bu baqrədə “Yerusəlim Post” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, 15 iyul qiyamından sonra Türkiyənin Fətullah Gülənin ekstradisiyası tələbi ABŞ-la əlaqələri korlaya bilər. İsrail mediasının aparıcı nəşri olan “Yerusəlim Post” iddia edir ki, Vaşinqton cinayət işi ilə bağlı təqdim olunan sübutlarda siyasi motivasiya təsbit etsə, ekstradisiya tələbini dərhal rədd edəcək.

Məqalədə Gülənin təhvil verilməsi üçün rəsmi Ankaranın daha güclü faktlar təqdim etməsinin vacibliyi vurğulanıb. Eyni zamanda Ankaranın ABŞ prokurorluğu, ardınca Pensilvaniya Federal Məhkəməsi, hətta daha yuxarı hüquqi instansiyalarda mübarizə aparması lazım olacaq.
Bu da Gülənin təhvil verilməsini zaman olaraq uzada bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Qəzet sonda yada salır ki, Türkiyəni qarşıda çətin hüquqi prosedur gözləyir və ABŞ dövlət katibi Con Kerri Gülənin təhvil verilməsinə görə edam cəzasının bərpa olunacağını görsə, məsələ bağlana bilər.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button