2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İsrail Qəzzada atəşkəs danışıqlarını boykot edib

HƏMAS hələ də sağ olan girovların tam siyahısının verilməsi tələbini rədd etdikdən sonra İsrail bazar günü Qahirədə Qəzzada keçirilən atəşkəs danışıqlarını boykot edib.

Toplum TV “Ynet” nəşrinə istinadən xəbər verir ki, HƏMAS nümayəndə heyəti altı həftə ərzində döyüşləri dayandıracaq danışıqlar üçün Qahirəyə gəlib. Lakin axşama yaxın İsrail nümayəndə heyəti danışıqlar masasını tərk edib. 

Saytların yığılması Saytlarin yigilmasi

“HƏMAS dəqiq cavab verməkdən imtina edir və buna görə də İsrail nümayəndə heyətinin Qahirədə qalması üçün heç bir səbəb yoxdur”, – İsrail rəsmiləri “Ynet”-ə bildiriblər.

Məlumata görə, öz növbəsində Vaşinqton atəşkəsin yaxın olması fikrində təkid edir və Ramazan ayının başlanmasına qədər döyüşlərin dayandırılmasını istəyir. Lakin müharibə edən tərəflər əvvəlki tələblərindən əl çəkmək istəmirlər. 

HƏMAS nümayəndə heyətinin rəsmisi “Reuters” agentliyinə bildirib ki, hələ razılıq əldə olunmayıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button