2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İstanbuldakı MOSSAD əməliyyatının ŞOK detalları: 200 dollara ərinə məscid videosu çəkdirən qadın saxlanıldı – FOTO

[

İstanbulda İsrailin kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli hesab olunan şəxslərlə bağlı keçirilən əməliyyatın yeni detalları üzə çıxıb.

Gununsesi.info xəbər verir ki, beynəlxalq casusluq fəaliyyətlərinin üzə çıxarılması üçün aparılan araşdırmalar çərçivəsində İsrail Kəşfiyyat Xidməti Mossadda işlədiyi üzə çıxan casuslarla bağlı yeni məlumatlar əldə edilib. Bəziləri Fələstin birliklərində çalışan agentlərdən birinin 200 dollar müqabilində İsrailə məscidin videosunu göndərdiyi üzə çıxıb.

Saytların yığılması Saytlarin yigilmasi

İstanbulda keçirilən əməliyyatda İsrail Xarici Kəşfiyyat Xidməti Mossad adına casusluq etdiyi iddiası ilə saxlanılan 34 şübhəlidən 15-i həbs edilib. Şübhəlilərin fəaliyyəti ilə bağlı təfərrüatlar da ortaya çıxıb. İstintaq sənədlərində şübhəli Amal S.E.S-dən Türkiyədəki Süleymaniyyə məscidinin içəri və çöl görünüşünün videosunu çəkməsi istənilib, xəstə olduğu üçün ərinə çəkdirdiyi və bu videonu əlaqə saxladığı şəxsə göndərdiyi, əvəzində 150-200 dollar aldığı bildirilib.

Həmçinin məlum olub ki, bu şəxslərə pulları kuryerlər aparıb. Saxlanılan şəxslərdən biri xəstəxanada işləyib. O son zamanlar fələstinlilərin ən çox gətirildiyi xəstəxanadan onlar barədə MOSSAD-a məlumat ötürüb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button