2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İsti yorğan-döşək və yemək əvəzinə kişilərlə yatan oğlan uşaqları – DƏHŞƏTLİ FAKTLAR

Berlin senatının pedofilya ilə məşğul olması haqqında qalmaqallı məlumatlar yayılıb.

“Pedofilya sınağı” araşdırmasını aparan mütəxəssislər Berlin senatının arxivinə müraciət etsələr də, onlara sənədlərdən istifadə etməyə icazə verilməyib.

“Sputnik Deutschland”ın məlumatına görə, senat arxivi bilərəkdən açmır.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, Qettinqen universitetinin demokratiya problemlərinin öyrənilməsi institutunun tədqiqatçıları 1970-ci illərdə Berlin senatının himayəsiz qalan oğlan uşaqlarını bilərəkdən pedofillərə verdiyini ortaya çıxarıb.

“Berlin rəhbərliyi həddi-buluğa çatmamış, küçədə yaşayan və himayəsiz olan oğlan uşaqlarını qəyyumlara satırdı. Oğlan uşaqları isti yorğan-döşəkdə yatmağın, dadlı yeməyin və təmiz paltarın əvəzini qəyyum olan kişi ilə seksual əlaqəyə girərək ödəyirdilər”, – tədqiqatın rəhbəri Tereza Nentviq deyir.

Bu işin təşəbbüskarı professor, psixoloq Helmut Kent idi.

Nentviqin sözlərinə görə, psixoloq yeniyetmələrin kişilərlə seksual əlaqələrə girməsinin onların inkişafına müsbət təsir edəcəyini düşünürdü: “Hakimiyyət də bununla kimsəsiz uşaqlar arasında cinayət problemlərini aradan qaldırılacağına ümid edirdi”.

Tədqiqatın rəhbəri onlara araşdırma aparmağa maneələr yaradıldığını deyib. Lakin tədqiqatçılar məsələnin üzərinə sonuna qədər getməyi düşünürlər.(publika.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button