2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İstintaq təcridxanasında Nazim Bəydəmirlinin vəziyyəti pisləşməyə davam edir

Azərbaycan parlamentinin keçmiş deputatı,  həbsdə olan sahibkar Nazim Bəydəmirlinin vəziyyəti pisləşib, onun xanımı Fəridə Bəydəmirli bildirib.

Uzun müddətdir ki, arterial təzyiq yüksək olaraq qalır. 

“Dünən telefonla danışdıq. Bir həftədən çoxdur qan təzyiqi 150-90-dan aşağı düşmür. Ürək döyüntüsü yüksəkdir, şiddətli nəfəs darlığı var”, – Fəridə Bəydəmirli deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, iki həftədən çoxdur ki, açıq havada gəzintiyə icazə verilmir. Bəydəmirlinin müayinəsinin mülki həkim tərəfindən təmin edilməsi barədə Penitensiar Xidmətin rəhbərliyinə müraciətə müsbət cavab verilməyib.

“Nazimin səhhətinin pisləşdiyini açıqladıqdan sonra kardioloq göndərildi. O,  EKQ və EXO müayinəsindən keçirdi və tövsiyə etdi ki qan analizi versin, nəticəyə uygun təcili müalicə başlanmalıdır. Ancaq müayinənin nəticəsi təqdim edilmədi, nə də müalicə başlanmadı”, – o deyib.

Penitensiar Xidmətdən və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən şərh almaq mümkün olmayıb.

* Nazim Bəydəmirli 2023-cü ilin iyulun 4-də Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə) maddəsilə ittiham olunaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib.

Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Onun sözlərinə görə, həbsin əsl səbəbi Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin ətraf mühitin çirklənməsinə qarşı etirazını dəstəkləməsidir.

Sentyabrın 1-də Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsilə daha bir ittiham irəli sürülüb. Vəkilin sözlərinə görə, bu ittiham 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində guya Bəydəmirlinin kimdənsə pul tələb etməsinə əsaslanır.

Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button