2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İsveçrə mətbuatı deputat Nik Guggerin Bakıdan deportasiya edilməsinin səbəbləri barədə

İsveçrə Federal Xarici İşlər Departamenti fevralın 3-də bu ölkənin vətəndaşı Nik Guggerin Bakıya buraxılmamasıyla bağlı  diplomatik kanallar vasitəsilə Azərbaycan hakimiyyətilə əlaqə saxlayır.

Fevralın 7-də keçiriləcək prezident seçkilərində ATƏT müşahidəçisi kimi Azərbaycana göndərilən Gugger Bakı hava limanında saxlanılıb və bir neçə saat sonra deportasiya edilib.

İsveçrə Federal Xarici İşlər Departamenti insident barədə məlumatlandırılıb və diplomatik kanallar vasitəsilə bu məsələ ilə məşğul olur, yerli KİV bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Nik Gugger prezident seçkilərini müşahidə etmək üçün gələn ATƏT nümayəndə heyətinin tərkibində olub. Guggerdən başqa, nümayəndə heyətinin digər üzvləri ölkəyə buraxılıb və o isə  İstanbula göndərilib və pasportu geri qaytarılıb, İsveçrə KİV bildirib.

Həmin mənbələrə görə, deportasiyanın səbəbi keçən il fevralın 27-də Berndə keçirilmiş nümayiş ola bilər. Gugger və İsveçrə parlamentinin digər yeddi üzvü “Dağlıq Qarabağın blokadasına” son qoyulmasını tələb edən plakat qaldırıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button