2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İtaliya Azərbaycanı G7 ölkələrinin ekologiya nazirlərinin iclasına dəvət edib

Bu gün prezident İlham Əliyev Azərbaycanda səfərdə olan İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini qəbul edib.

Dövlət başçısının saytında yer alan məlumata görə, görüş zamanı qonaq bu il ölkəsinin G7 formatının rəhbəri qismində çıxış etdiyini deyərək bu əməkdaşlıq formatında COP29-a ev sahibliyi edən Azərbaycan tərəfinin G7 ölkələrinin ekologiya və mineral ehtiyatlar nazirlərinin xüsusi görüşünə qatılmasının vacibliyini bildirib və bununla bağlı dəvəti çatdırıb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrə toxunulub, çox sayda İtaliya şirkəti, o cümlədən “Ansaldi”, “Leonardo”, “Maire Tecnimont” və bir sıra digər şirkətlərin Azərbaycan ilə əməkdaşlıq etməsi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin fəaliyyət göstərməsi məmnunluqla qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button