2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İtalyan hava firması tətil üzündən uçuşların 60%-ni ləğv etdi!

İtalyan milli hava yolları firması “Alitalia”da çalışanlar firmanın yeni fəaliyyət planına etiraz olaraq tətil edib.

İtalyan “Rainews” kanalının xəbərinə görə, “Alitalia”’nın 2 min işçinin işdən çıxarılması və mövcud personalın maaşlarında 20%-dən  30%-ə qədər kəsintini nəzərdə tutan fəaliyyət planına etiraz edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Firma işçiləri dünən 24 saatlıq tətil qərarı qəbul edib. Yalnız 07.00-10.00 və 18.00-21.00 saatlarında məhdud xidmət həyata keçirilib. Tətil səbəbindən “Alitalia”nın milli və beynəlxalq uçuşlarının 60 faizi ləğv edilib. Sərnişinlərin 92%-i alternativ uçuşlara istiqamətləndirilib.

İtalyan firmasından edilən açıqlamada tətil səbəbindən bu gün erkən saatlardakı bəzi uçuşların da ya ləğv ediləcəyi, ya da saat dəyişikliyi ediləcəyi bildirilib.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button