2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

İzdivac verilişindəki azərbaycanlı qızla oğlan REYTİNQ naminə bunu da etdi – VİDEO

“Star TV”də yayımlanan “Zuhal Topalla” evlilik verilişindəki azərbaycanlı Naz Mila və Əli Əkbər adlı iştirakçıların münasibətləri yenidən gündəmə gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Naz Mila Əli Əkbərdən yeni şans istəyib və onu hələ də unutmadığını etiraf edib. Naz Əlinin də ona qarşı biganə olmadığını, hətta, ona yaxın olmaq üçün eyni məhəllədən ev kirayələdiyini vurğulayıb.

Ə.Əkbər Nazın səmimiyyətinə inanmadığını və dəqiq qərar vermək üçün fikirləşmək istədiyini söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Naz Mila bir dəfə evli olub və onun bir qızı var. Bundan başqa, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və bir gündən sonradan nişanı qaytarıb.

Məlumat üçün bildirək ki, Türkiyə KİV-ləri bu cür evlilik verilişlərində iştirakçıların ssenari üzrə hərəkət etdiyini, reytinqi qaldırmaq üçün süni qalmaqallar yaratdığını və iştirakçılara bunun müqabilində pul verildiyini iddia edir. Bu yaxınlarda Esra Erolun, Zuhal Topalın və Səda Sayananın apardığı evlilik verilişləri milli, mənəvi dəyərlərə qarşı çıxdığı üçün yüksək məbləğdə cərimələnib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button