2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jagland korrupsiya komissiyası yaratmağa çağırıb

Avropa Şurasının baş katibi Thorbjorn Jagland bu qurumun Parlament Assambleyasının prezidenti Pedro Agramunt-a məktub göndərərək deputatlar arasında korrupsiya faktlarının araşdırılması üzrə müstəqil xarici komissiyanın yaradılması məsələsini təxirə salmamağa çağırıb.

Buna da bax:​ Hüquq müdafiəçisi T.Jagland-la görüşüb

Saytların yığılması Saytlarin yigilmasi

T.Jagland indiyədək belə komissiyanın yaradılmamasından təəccübləndiyini bildirib.

“Bu barədə şifahi razılıq bu ilin yanvarında əldə edilib. Ancaq martın 9-u və 10-da Avropa Şurası Parlament Assambleyasının bürosunun Madrid iclasında bu komissiya yaradılmayıb. Məsələ büronun növbəti – 24 aprel iclasına kimi təxirə salınıb”.

T. Jagland P.Agramunt-u bu məsələnin həllini yubatmamaq və korrupsiya faktlarının araşdırılması üzrə müstəqil komissiyanı mümkün qədər tez yaratmaqdan ötrü öz səlahiyyətindən istifadə etməyə çağırıb.

Buna da bax: ‘Azərbaycanla bağlı rüşvət məsələsi araşdırılsın’

Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərini Azərbaycan hökumətinin təmsilçilərinin də əla alması ilə bağlı həm ölkə daxilində, həm də xaricdə dəfələrlə iddialar səslənib.

Azərbaycan rəsmiləri belə fikirləri bir qayda olaraq təkzib edirlər. Ölkə mətbuatında isə bu “kürü diplomatiyası” kimi izah edilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button