Bizim tərcümə

James Webb Teleskopu Yaradılış Sütunlarına baxır

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-20 09:58:59

“Yaradılış Sütunları” adlanan bu soyuq və sıx hidrogen və toz buludları Yerdən 6500 işıq ili uzaqdadır.

Hər bir böyük teleskop ən azı bir dəfə bu sütunların şəklini çəkmişdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu günə qədər ən məşhurları Hubble-ın 1995 və 2014-cü illərdə çəkdiyi fotoşəkillərdir.

James Webb bizə yeni, lakin maraqlı perspektiv təklif edir.

Sütunlar Qartal Dumanlığında yerləşir. Bu, ulduzların formalaşmağa davam etdiyi aktiv bölgədir.

Webb infraqırmızı sensorlar sayəsində sütunlardakı toz buludlarının bulanıqlaşdırıcı təsirini aradan qaldıraraq bölgədə yaranan yeni ulduzları daha yaxşı araşdıra bilir.

Avropa Kosmik Agentliyinin baş elmi məsləhətçisi Prof. “Mən 1990-cı ilin ortalarından bəri Qartal Dumanlığını tədqiq edir, Hubble-ın göstərdiyi işıq ili uzunluğundakı sütunların içərisində gənc ulduzları görməyə çalışıram” Mark Makkafrin deyir.

“Mən bilirdim ki, Ceyms Uebbdən gələcək fotolar maraqlı olacaq. Belə də oldu”.

FFF Hubble şəkli (solda) və Ceyms Uebbin şəkli (sağda). Yeni teleskopun infraqırmızı detektorları toz buludlarının içini görməyə imkan verir.

Qartal Dumanlığında olan bu sütunlar ətrafdakı nəhəng ulduzların güclü ultrabənövşəyi işığı ilə formalaşır və işıqlandırılır.
Amma bu şüalanma həm də sütunlara dağıdıcı təsir göstərir.

Əslində, əgər siz sehrli şəkildə həmin yerdə görünsəydiniz, yəqin ki, artıq sütunların olmadığını görərdiniz.
Sütunlardan əks olunan işığın bura çatması üçün 6500 il lazım olduğundan, biz hələ də Yerdən baxdığımız zaman sütunları 6500 il əvvəl olduğu kimi görə bilirik.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button