Loading...
Loading...
Dünya

John Kirby: ABŞ Erdoğanın bəyanatına aydınlıq gətirməyə çalışır

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto isə səbirli olmağa çağırıb. O, qeyd edib ki, Ankaranın bu mövqeinə qarşı yanaşmada addım-adım hərəkət etməyk lazımdır.

ABŞ Müdafiə Nazirliyi bildirib ki, Birləşmiş Ştatlar, Türkiyə prezidenti Racep Tayyip Erdoğanın Finlandiya və İsveçin NATO-ya qoşulmaq istəmələri barədə dediklərinə aydınlıq gətirməyə çalışır, amma Ankaranın bu alyansdakı mövqeyi buna görə dəyişməyib.

Reütersin məlumatına görə, bunu mayın 13-də nazirliyin sözçüsü John Kirby jurnalistlərə açıqlamasında deyib.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto isə elə həmin gün bəyanat verərək səbirli olmağa çağırıb. O, Ankaranın bu mövqeinə qarşı yanaşmada addım-adım hərəkət etməyə çağırıb.

“Bu cür proseslərdə bir qədər səbr lazımdır, bu bir gündə baş vermir. Gəlin problemləri addım-addım həll edək”, deyə Haavisto jurnalistlərə bildirib.

Reüters yazır ki, Erdoğanın açıqlaması Finlandiya üçün sürpriz olub. Çünki Haavisto son aylarda iki dəfə Türkiyəyə səfər edib. Bundan başqa aprelin əvvəllərində Finlandiya prezidenti Sauli Niinisto ilə Erdoğan arasında telefon söhbəti olub və Niinisto həmin danışıqlardan sonra özünün Tvitter səhifəsində, Ankaranın Finlandiyanın bu istəyini dəstəklədiyini yazıb.

Qeyd edək ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan mayın 13-də deyib ki, onun ölkəsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına “müsbət baxmır”.

Erdoqan jurnalistlərə aşıqlamasında bunun səbəbinin, İsveç və digər Skandinaviya ölkələrində kürd separatçıları və Türkiyənin terrorçu hesab etdiyi başqa qruplara dəstək verməsinə dair Ankaranın iddiaları ilə bağlı olduğunu deyib.

Erdoğan qeyd edib ki, Türkiyə vaxtilə Yunanıstanla bağlı buraxdığı “səhvi” təkrarlamaq istəmir.

O deyib ki, Türkiyə 1980-ci ildə Yunanıstanın NATO-ya təkrar qoşulmasına razılıq versə də, Afina sonradan Ankaraya düşmən mövqe tutub.

Qərb agentlikləri yazır ki, Türkiyə NATO-dakı veto hüququndan istifadə edərək bu prosesi əngəlləyə bilər, çünki bu məsələdə bütün üzvlərin səsi lazımdır.

24 saat” “
John Kirby: ABŞ Erdoğanın bəyanatına aydınlıq gətirməyə çalışır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Dnestryanıda separatçılar yeni hücum cəhdlərindən danışırlar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun