2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalist Nərgiz Absalamovanın işi üzrə prosesdə insident

Martın 1-də Bakı Apellyasiya Məhkəməsində Abzas Media-nın jurnalisti Nərgiz Absalamovanın həbs müddətinin uzadılmasından verdiyi şikayətə baxılıb.

Proses zamanı mülki geyimli şəxslər Absalamovanın vəkili Rövşanə Rəhimova ilə ünsiyyətinə mane olublar.

“Nərgizlə şüşə kabindən hakimlər zala daxil olana qədər şikayətimizin dəlillərini müzakirə edirdik, bu zaman Penitensiar Xidmətin həmin mülki geyimli əməkdaşı məhkəmə iclas katibinə müraciət etdi ki, Nərgizi zaldan çıxarırıq və hakimlər gələndə zala qaytaracağıq.

Saytların yığılması Saytlarin yigilmasi

“Bunu niyə edirsiniz?” deyəndə həmin şəxs dedi ki, “bura sizin üçün görüş yeri deyil””, deyə vəkil bildirib.

İclas zamanı jurnalist şüşə kabindən çıxaraq, məhkəmədən trubunaya yaxınlaşıb oradan çıxış etməsini xahiş edib. Hakim vəsatəti təmin edib, lakin Penitensiar Xidmətin əməkdaşları bunun mümlün olmadığını bildiriblər”.

“Penitensiar Xidmətin əməkdaşlarının qanunsuz müdaxiləsi ilə əlaqədar Nərgizin tribunadan çıxış etməsinə icazə verməyiblər, bu da gərginliyə səbəb olub”, deyə Rəhimova bildirib.

O, Ədliyyə Nazirliyinə müraciət edərək, Penitensiar Xidmətin əməkdaşlarının qanunsuz hərəkətləri ilə əlaqədar tədbir görməyə çağırıb.

Nəticədə, jurnalistin apellyasiya şikayəti təmin edilməyib. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, 20 noyabr 2023-cü ildən etibarən “Abzas Media”nın altı jurnalisti və mətbuat işçisi yalan ittihamla (qaçaqmalçılıq) həbs olunub.

Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə qarşı təzyiqə son qoymağa çağırıblar.

Absalamova dekabrın 1-də həbs olunub. Fevralın 24-də onun həbs müddəti üç ay uzadılıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button