2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini “Toplum” TV-nin və digər nəşrlərin jurnalistlərini azad etməyə çağırıb

Martın 11-də Jurnalistləri Müdafiə Komitəsi (Nyu-Yorkda yerləşir)  “Toplum” TV-nin əməkdaşlarının saxlanması və  həbsilə bağlı bəyanat yayıb.

“Martın 6-da saat 13:30-a yaxın paytaxt Bakıda onlarla mülki geyimli polislər “Toplum” TV-nin redaksiyasına daxil olublar, orada olan bütün əməkdaşların avadanlıq və telefonlarını müsadirə ediblər. Ən azı 10 nəfəri şəhər polis idarəsinə aparıblar. Polisdən “Toplum” TV-nin baş redaktoru Xədicə İsmayılovaya bildiriblər ki, o da dindirməyə çağırılmağa hazır olsun”, – Komitənin bəyanatında deyilir.

Video redaktoru Müşfiq Cabbar, reportyor Fərid İsmayılov və sosial şəbəkələr üzrə menecer Elmir Abbasov istisna olmaqla, digər jurnalistlər martın 6-da gecə yarısına yaxın sərbəst buraxılıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Martın 8-də mülki geyimli polis “Toplum” TV-nin qurucusu Məmmədli onkoloji xəstəlik şübhəsilə müalicə aldığı klinikadan çıxarkən onu həbs edib və fərqləndirici nişanı olmayan maşınla aparıb.

Martın 9-da Xətai Rayon Məhkəməsi  eyni zamanda Media Hüquqları qrupunun (Media Rights Group) təsisçisi olan Məmmədlini dörd ay müddətinə həbs edib, polis onun mənzilində 7300 avro (7970 ABŞ dolları) nağd pul tapdığını bildirib.

Jurnalistlər pul qaçaqmalçılığı ilə bağlı ittihamları rədd edərək bildiriblər ki, onların evlərinə pulları polis özü qoyub. Bu ittiham üzrə Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə səkkiz ilədək azadlıqdan məhrumetmə  cəzası nəzərdə tutulur.

“Abzas Media” və “Kanal-13”-ə oxşar hücumlardan sonra “Toplum TV”-yə reyd və jurnalistlərinin həbsi göstərir ki, Azərbaycan hakimiyyəti ölkənin müstəqil mətbuatının son qalıqlarını silmək niyyətindədir.  Nəşrin təsisçisi Ələsgər Məmmədlinin onkoloji xəstəlikdən müalicə keçərkən polis tərəfindən saxlanması barədə xəbərlər xüsusilə hiddətlidir”, – Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

“Azərbaycan hakimiyyəti Məmmədli və Cabbarı dərhal azad etməli, “Toplum” TV-nin əməkdaşlarının üzərindən bütün ittihamları götürməli və öz reportajlarına görə müstəqil KİV-qarşı repressiyalara son qoymalıdır”, – o əlavə edib.

“Toplum” TV Azərbaycanda siyasi mövzuları, məmurlar arasında korrupsiya ilə bağlı araşdırmaları və fevralda prezident seçkilərində səsvermə zamanı pozuntularla bağlı ittihamları işıqlandıran əhəmiyyətli müstəqil KİV-dən biridir.

Bu, Azərbaycanın Qərblə münasibətlərinin pisləşməsi fonunda son aylarda valyuta qaçaqmalçılığında ittiham olunan üçüncü müstəqil xəbər nəşridir.

Korrupsiya əleyhinə araşdırmalar aparan  “Abzas Media” nəşrinin altı əməkdaşı və “Kanal 13” müstəqil İnternet-televiziyanın iki jurnalisti noyabrda saxlanılıb. Hakimiyyət onları Qərb donorlarından aldıqları qanunsuz pulu Azərbaycana gətirməkdə günahlandırıllb, Komitənin bəyanatında  deyilir.

Azərbaycan hakimiyyəti “Toplum” TV-ni Qərb tərəfindən qanunsuz maliyyələşməsində açıq şəkildə ittiham etməyib, lakin hakimiyyətyönlü APA agentliyi bildirib ki, “Toplum” TV iğtişaşları qızışdırmaq üçün Qərb donorlarından qanunsuz olaraq yarım milyon dollar alıb”.

Polis reydindən qısa müddət sonra “Toplum” TV-nin İnstagram hesabı silinib və YouTube-dakı kanalının adı dəyişdirilib, bütün kontent silinib, baş redaktor Xədicə İsmayılova deyib.

Onun fikrincə, bu, “hakimiyyətin əsl niyyətini göstərir” ki, bu da “tənqidin ifadə olunduğu istənilən platformanı susmağa məcbur etməkdən ibarətdir”.

İsmayılova deyib ki, “Toplum” TV-nin ofisi polis tərəfindən möhürlənib. Polis müsadirə edilmiş avadanlıqları və jurnalistlərin telefonlarını hələ də geri qaytarmayıb. O, “Toplum” TV-nin əməkdaşlarına qarşı ittihamları “tamamilə absurd” adlandırıb. Jurnalistlərin evlərində axtarışların heç biri vəkillərin iştirakı ilə aparılmayıb, çünki polis onlara icazə verməyib.

“Toplum” TV-nin əməkdaşlarına qarşı işin şərh edilməsi xahişilə bağlı Komitənin elektron məktubuna hələ cavab gəlməyib, bəyanatın sonunda deyilir.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button