2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalistlərin həbs müddəti artırılıb |

“Abzas Media işi” üzrə həbs olunmuş Elnarə QasımovaHafiz Babalının həbs müddəti uzadılıb.

Bu gün, martin 7-də Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatına baxılaraq təmin olunub.

Hər iki jurnalistin həbs qətimkan tədbirinin müddəti bu il iyunun 13-nə qədər uzadılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Müdafiə tərəfi qərarı əsassız adlandırıb və apellyasiya şikayəti verəcəklərini bildirib.

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan çox jurnalist saxlanıb, həbs edilib.

Onların əvvəlcə çoxu “AbzasMedia” nəşrinin əməkdaşları olub. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib.

Onların hamısı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, bunu peşə fəaliyyətlərinə təzyiq kimi dəyərləndirirlər.

Dünən, martin 6-da isə Toplum TV-nin 3 əməkdaşı – video redaktor Müşfiq Cabbar, sosial şəbəkələr meneceri Elmir Abbasov və müxbir Fərid İsmayılov da Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (qaçaqmalçılıq) ilə şübhəli sayılaraq saxlanıblar.

Onlar da ittihamı qəbul etmirlər.

AzadlıqRadiosu

Xural

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button