2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalistlərin həbs müddətləri uzadılır |

Martın 14-də Abzas Media nəşrinin direktoru Ülvi Həsənlinin həbs müddəti 3 ay, baş redaktor Sevinc Vaqifqızının isə 2 ay 29 gün uzadılıb.

Xətai rayon Məhkəməsinin hakimi Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının (Daxili İşlər Nazirliyi) təqdimatı təmin edilib.

Bundan əvvəl də “AbzasMedia işi” üzrə daha bir neçə jurnalistin həbs müddəti uzadılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Həmin jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir. Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onlar bu ittihamı qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan çox jurnalist saxlanıb, həbs edilib. Onların əvvəlcə çoxu “AbzasMedia işi” ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra, bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova Elnarə Qasımova ilə davam edib.

Bu ara başqa kütləvi informasiya vasitələrindən də həbs edilənlər olub. Onlar da qaçaqmalçılıq və başqa ittihamlarla üzləşiblər.

Ötən həftə, martın 6-da isə ToplumTV-nin üç əməkdaşı – videoredaktor Müşfiq Cabbar, sosial şəbəkələr meneceri Elmir Abbasov və müxbir Fərid İsmayılov da CM-nin yenə 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə şübhəli sayılaraq saxlanıblar. Onlar da ittihamı qəbul etmirlər. M.Cabbar haqqında məhkəməyə qədər 4 aylıq həbs-qətimkan tədbiri seçilsə də, digər ikisi polisin nəzarətində olmaqla buraxılıb.

AzadlıqRadiosu

Xural

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button