Loading...
Loading...
Xəbərlər

Kəlbəcərlə Vardenis sərhədində döyüşlər

Bakı/11.01.22 Yanvarın 11-i günortadan etibarən Ermənistan-Azərbaycan sərhədində (Kəlbəcər-Vardenis) atışma gedir. Erməni mənbələrinin məlumatına görə, ermənilərin iki ölü və üç yaralısı var. Azərbaycan tərəfdən isə bir nəfər həlak olub.

Erməni KİV-lərinin məlumatına görə, Azərbaycan tərəfi zərbə dronlardan və artilleriyadan istifadə edib. Öz növbəsində, Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Mövqe itkiləri barədə məlumat verilmir. Ermənistan tərəfinin məlumatına görə, döyüşlər Verin Şorja kəndi istiqamətində gedir.-02Â-

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button