Bizim tərcümə

Kabusun yeni adı Strep A… İnfeksiyaya yoluxan britaniyalı aktyor ilk simptomları açıqlayıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-09 16:07:01

2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirus 6,5 milyondan çox insanın həyatına son qoyub.

Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bir çox ölkələr daha yoluxucu, lakin daha az ölümcül olan Omicron variantından sonra istirahət etmək qərarına gəlsə də, İngiltərədən gələn xəbər dünyanı təşvişə salıb.

İngiltərənin bir nömrəli gündəminə çevrilən Strep A ondan çox uşağın həyatı bahasına başa gələrkən, İngilis aktrisa Danniella Westbrook Strep A xəstəliyinə tutulduğunu açıqladı və yaşadıqlarını izləyiciləri ilə paylaşdı.

49 yaşlı keçmiş EastEnders ulduzu hərarətinin 39,8 olduğunu bildirib və xəstəxanadan bir sıra fotolar paylaşıb.

Britaniyanın “Mirror” qəzeti yazıb ki, aktyor bir neçə gün əvvəl öz paylaşımında qızdırma və boğaz ağrısından əziyyət çəkdiyi barədə məlumat paylaşıb.

PANDEMİYADAN SONRA YENİDƏ üzə çıxdı

Böyük Britaniyada 2017-18-ci illərdə 10 yaşından kiçik dörd uşaq Strep A infeksiyasından öldü. Koronavirusla bağlı məhdudiyyətlər götürüldükdən sonra yoluxmaların sayında nəzərəçarpacaq artım müşahidə olunub.

STREP A NƏDİR? ƏLAMƏTLƏRİ NƏDİR?

Strep A, tibbdə “qrup A streptokok” olaraq da bilinir, boğaz ağrısı və tonzillit kimi infeksiyalara səbəb olan bir bakteriyadır.

A qrupu streptokok (GAS) və ya Strep A, boğazda və dəridə çox rast gəlinən bir bakteriya növüdür. Öskürmə, asqırma və dəri ilə təmas yolu ilə ötürülə bilər.

Bir çox insan fərqinə varmadan bakteriyaları zərərsiz şəkildə daşıya bilər. Ancaq bu, onun xəstə ola biləcək digər insanlara yoluxmasına mane olmur.

Strep A bəzi insanlarda heç bir simptom yaratmasa da, tez-tez səpgi, boğaz ağrısı, əzələ ağrıları, yüksək hərarət, yorğunluq, qulaq infeksiyaları və dəri yaraları kimi simptomlarla özünü göstərir. Mütəxəssislər bu simptomların orta hesabla bir həftə davam etdiyini bildirirlər.

İnsanlar bu bakteriyaya yaxın təmas, öskürək və asqırma yolu ilə yoluxa bilərlər. Mütəxəssislər xəstəliyin qarşısını almaq üçün öskürən və asqıran zaman əlləri tez-tez yumağı, ağzını salfetlə örtməyi tövsiyə edir.

Məktəblərdə yayılmanın qarşısını almaq üçün uşaqların paltarları və oyuncaqları yuyulmalı, ümumi əşyalardan istifadənin qarşısı alınmalıdır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button