2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəm

Karlovu öldürən güllə haradan atılıb? – DÖRD SSENARİ

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsindən sonra bu sui-qəsdin arxasında kimlərin dayandığına dair cavabsız qalan suallar var.

Publika.az xəbər verir ki, “Komsomolkaya pravda” nəşri ekspertlərlə səfirin qətlinə dair 4 versiyanı araşdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

1. Fətullah Gülən

15 iyulda FETÖ Türkiyədə dövlət çevrilişinə cəhd etdi. Lakin bu, baş tutmadı. Mümkündür ki, ABŞ-da yaşayan Gülən Karlovu qətlə yetirərək, Moskva və Ankaranın yaxınlaşmasını dayandırmaq istəyir.

Milli Strategiya İnstitutunun eksperti Rais Süleymanov hesab edir ki, qətldə Gülənin əlinin olması versiyası Türkiyədə FETÖ təmizləməsini daha da sürətləndirəcək.

2. Suriya döyüşçüləri?

Hərbi ekspert Andrey Sarven bildirib ki, Rusiya prezidenti Suriya müharibəsində Bəşər Əsəd tərəfindən açıq şəkildə iştirak edir: “Buna görə onun rəqiblərinin hədəfi Rusiya Federasiyasının istənilən dövlət qulluqçusu ola bilər. Həmçinin, İŞİD, “Əl-Qaidə”, yaxud Yaxın Şərq müharibəsində iştirak edən digər strukturlar nəinki səfiri, hətta sıravi rus vətəndaşlarını da qətlə yetirə bilərlər”.

Burada öldürülən səfirin Suriyanın mülayim müxalifətinin nümayəndələri ilə danışıqlar aparması da diqqətdən yayınmır.

3. Səudiyyə Ərəbistanı

Digər ekspertlər isə diqqəti Səudiyyə Ərəbistanının üzərinə yönəldir. Hansı ki, bu ölkə Yaxın Şərqdə radikal islamçıları dəstəkləyir. Suriyada Moskva, Ankara və Tehranın əməkdaşlığı nəticəsində məğlub olan Ər-Riyad qisas ala bilər. Lakin səfirin qətli müharibəyə səbəb ola bilər. Bunun Ər-Riyada sərf etmədiyi versiyası da göz önündədir.

4. Pentaqon

Andrey Karlovun qətli Vaşinqtonda ABŞ-ın Suriya böhranının həlli üçün Moskva ilə əməkdaşlıq etməsini istəməyən dairələrə sərf edə bilər. Bu cinayət onların əlinə oynayır.

Nəticə

Beynəlxalq məsələlər üzrə rusiyalı ekspert Andrey Buzarov hesab edir ki, bu, cinayət Rusiya-Türkiyə münasibətlərini pozmayacaq: “Hər iki ölkənin liderlərinin şəxsi münasibətləri kifayət qədər yüksəkdir. Onlar arasında bu münasibəti pozmaq çox çətindir. Bu baxımdan, səfirin qətli heç nəyi dəyişdirməyəcək”.

Ekspert Anton Haşenkoy hesab edir ki, əskinə, bu cinayətdən sonra Türkiyə-Rusiya əməkdaşlığı, Ərdoğan-Putin münasibətləri daha da güclənəcək.

Digər ekspert Maksim Yalinin fikrincə, səfirin qətli terrorizmlə mübarizəni daha da gücləndirəcək: “Bu məsələ həm Türkiyə, həm də Rusiya üçün aktualdır”.

Qlobal Strategiyalar İnstitutunun direktoru Vadim Karasev bildirib ki, bu qətl Ərdoğan və Putinin Suriya üzrə əməkdaşlığını hədəfə alıb.

“Hər iki lider əla anlayır ki, güllə təkcə səfirə yox, Türkiyə və Rusiyanın Suriya dövlətini yeni üsulda format etmək səylərinə də atılıb”, – deyə o bildirib.

Karasev qeyd edib ki, bu cinayət Yaxın Şərqdə xaosu daha da artıracaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button