2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Keçmiş hakim hansı haqla gənc ananın 3 yaşlı qızını əlindən alıb?

Polis niyə onları qoruyur?

Azərbaycan məhkəmələrin günahsız insanlara işgəncə verdiyi ölkədir. Bu ölkədə arxan böyük yerə bağlı olduqdan sonra kimsə sənə bata bilməz. Çünki qanunlar çoxdan o böyüklərin əlində istismar alətinə çevrilib. Yuxarılarda adamın, cibində pulun varsa, heç bir qanun, heç bir məhkəmə qarşında dayana bilməz. Əks halda etmədiyin cinayəti də boynuna qoyarlar, durduğun yerdə şərə də salarlar, evini, malını-mülkünü, hətta övladlarını belə əlindən ala bilərlər. Biz bu hakimiyyətin dövründə nə qədər belə hadisələr yaşadıq, nə qədər belə zülmə uğrayan insanlar gördük, nə qədər körpəsi əlindən alınan anaların fəryadını eşitdik. Uzağa getməyin, keçmiş spiker Oqtay Əsədovun qızı Nərminənin atasına arxalanaraq, Rəna Məmmədovanın iki övladını əlindən aldığını xatırlayın. Rəna Məmmədovanın keçmiş əri, Əsədovun yeni kürəkəni 2 uşağı anasının əlindən alanda məhkəmə kimi müdafiə etdi? Əsədovun kürəkənini. Səbəbi aydındır, böyük mülkiyyəti keçmiş arvadı ilə bölmək istəməyən adamın arxasında qosqoca spiker dayanırdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bu günlərdə bənzər hadisə daha bir qadının başına gəlib, Bakıda yaşayan Rusiya vətəndaşı Samirə Bəşirovanın. Bakıda etiraz aksiyası keçirən ana fəryad edərək bildirib ki, onun keçmiş məhkəmə sədri olan qayınatası zorla uşağını əlindən alıb. O bildirib ki, ki, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin keçmiş sədri Çingiz Bəşirovun oğlu Tamerlan Bəşirovla evlidir.
Daha sonra onlar boşanmaq üçün məhkəməyə üz tutublar. Boşanma ilə bağlı məhkəmə iclası aprelin 8-də keçiriləcək. Amma keçmiş məhkəmə sədri bu başdan əlini güclü bilib Samirə xanımın 2017-ci il təvəllüdlü körpə qızının əlindən alıb. “Qızım Tamerlan və ailəsi tərəfindən qaçırılıb. Bu barədə bir neçə dövlət qurumuna müraciət etmişəm. Daha sonra öyrəndim ki, fevralın 29-da qızım atası və nənəsi ilə birlikdə parkdadırlar. Qızımı görmək üçün anam və bacımla həmin parka getdim. Lakin parkda Tamerlanla anası üstümə hücum çəkib itələdilər, qızımı da əlimdən almağa çalışdılar. Bu zaman parka polis əməkdaşları gəldi və bizi 20-ci Polis Bölməsinə apardılar. Orada ərizə yazdıqdan sonra qızımı da götürüb evə gəldim… Martın 5-də polislər evə zorla daxil oldular, mənim qolumdan tutdular, sonra Tamerlanı içəri çağırdılar və onlar qızımın ağlamasına baxmayaraq onu götürüb qaçdılar…” Övladının qaytarılmasını istəyən Samirə xanım evinə basqın edən polis əməkdaşlarının da cəzalandırılmasını istəyir. O, polislərin hərəkətləri ilə bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib.

Bu zorakı və ani-insani hakimiyyətin ölkəni gətirib çıxardığı duruma baxın. Qızını S. Bəşirovadan almaq üçün evinə dəfələrlə polis gəlib. Ananın təkid etdiyini görəndə uşağı ondan zorla alıblar, üstəlik bütün qohum-əqrəbasını da polisə aparıblar. Əsas səbəb də odur ki, onlara göstəriş Bakı Şəhər İcra Hakimiyyətində işləyən T. Bəşirovdan gəlir. Qanunların və insanlığın belə ayaqlar altına atıldığı bir ölkədir Azərbaycan! Hər şey eynilə Oqtay Əsədovun qızı ilə bağlı olan ssenari üzrə gedir. Amma ölkə ictimaiyyəti daha bir gənc ananın gözüyaşlı qalmasına imkan verməməlidir. Hər kəs qanunları zorlayan bu qansızlığa qarşı etiraz səsini ucaltmalıdır. Nə qədər ki, bu qəddar rejim hakimiyyət başındadır, kimsə belə hadisələrdən sığortalanmayıb. Hər kəs bu haqsızlığın durdurulması üçün gənc ananın tərəfində olmalıdır. Pulun və zorun daha bir azyaşlı uşağı anasından ayırmasına yol vermə, Azərbaycan insanı!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button