Xəbərlər

Keçmiş polis: Rəisim məni yataq görüntülərimlə şantaj edirdi

“Məcbur edirdi ki, məktəblərdən pul toplayım”

“Mən şöbəyə yeni işə götürülmüşdüm, rəis Natiq Həsənov vəfat etdi, Ədalət Əliyev ora rəis təyin olundu. Həmin vaxt Polis Aakademiyasına kursa göndərildim, yeni işçi kimi mənə verilən maaş kartım şöbəyə gələndə kursda olduğuma görə kartım şöbədə qalmışdı. Ədalət Əliyevlə münasibətimiz ilk olaraq ondan pisləşdi ki, o, maaş kartımdan pulumu çəkmişdi. Mən bundan xəbər tutub pulumu ondan geri tələb etsəm də, qaytarmadı. Bundan başqa, deyirdi “sənin yerinin 30 min qiyməti var, necə olub ki, sən pulsuz gəlib polisə düşmüsən? Bir halda ki, pul vermədən gəlib burda işləyirsən, get o pulu məktəblərdən topla, gətir mənə… Rayonda 48 məktəb var, hərəsindən ayda 50 manat yığsan, 2 min manat edir. Mən etiraz edirdim, deyirdim, məktəbə girmək olmaz, vicdanım yol verməz. Vətəndaşları şöbəyə gətizdirirdi, əl-ayaqlarını “skoç”layıb döyürdü, etiraz edəndə məndən xoşu gəlmirdi. Beləcə, aramızda bir uçurum yaranmışdı, münasibətlərimiz kəskinləşmişdi, bir gün də məni bir qadınla oyuna gətirdi. Mən bilmirdim ki, o qadın Ədalət Əliyevin adamdır, münasibətimiz yaranmışdı, məni evinə apardı, qadın mənim yataq görüntülərimi gizli çəkibmiş. Həmi görüntüləri Ədalət Əliyevə vermişdi, o da məni şantaj edirdi. Bu yolla məndən pul tələb etməyə başlayanda bankdan 8 min manat götürüb ona verdim, sonralar istədiyi pulları verə bilmirdim, deyirdi, get, məktəblərdən topla, mənsə razılaşmırdım. Bir gün də dediyini etdi, mənim görüntülərimi Daxili İşlər Nazirliyinə göndərdi, bununla da karyeramın üstündən xətt çəkildi”.


24 saat” “Keçmiş polis: Rəisim məni yataq görüntülərimlə şantaj edirdi” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button