2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Keçmişin dəhşətlərindən xilas olmaq üçün…

Müəllif: Robert M.Katler

“Foreign Policy” nəşrində son bir neçə ayda dərc edilmiş iki məqaləyə diqqət çəkmək istərdim: birinci məqalənin müəllifi Şeyla Paylan Azərbaycanı hərbi cinayətlərdə ittiham edir. İkinci məqalənin müəllifi Saymon Maqakyan isə Azərbaycanın “mədəni abidələri təhqir etməsinin irqi ayrı-seçkilik olub-olmadığından” bəhs edib. Sonuncu məqalə Ermənistanla Azərbaycan arasında davam edən məhkəmə prosesi ilə bağlıdır. Təəssüf ki, müəlliflərin nə hadisələr, nə də məhkəmə qərarları ilə bağlı mövqeləri obyektivdir…

Saytların yığılması Saytlarin yigilmasi

Məqalələrin əsasını İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya təşkil edir. Qeyd edək ki, bu mövzuda həm Ermənistan, həm də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Onlar bir-birini irqi ayrı-seçkilikdə günahlandırır. Amma mən daha çox “mədəni irsin məhv edilməsi” haqda olan ikinci məqalənin üzərində dayanacağam. Doğrudur, mədəni irsin məhvi tamamilə müharibə cinayətləri ilə bağlı deyil. Çünki bu, çox vaxt məsələn, mülki şəxslərin məqsədyönlü şəkildə öldürülməsi (irqi motivli olub-olmamasından asılı olmayaraq) siyasətinin bir hissəsi də olur.

İkinci məqalədə Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycanla bağlı vəsatəti üzrə müvəqqəti tədbirlərindən bəhs edilir. Amma müəllif nədənsə Azərbaycanın Ermənistanla bağlı vəsatətindən danışmır. Halbuki, onlar vəsatəti eyni vaxtda verib. Üstəlik, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistanda azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair vəsatətini təmin edib.

Ermənistan isə Beynəlxalq Ədalət Məhkəməsinə verdiyi vəsatətlə əsasən məhkəməni Azərbaycanı “2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı və daha sonra əsir düşmüş bütün erməni hərbi əsirləri, girovları və saxlanılan digər şəxsləri” dərhal azad etməyə məcbur etməyə razı salmağa çalışıb. Amma məhkəmə bu vəsatəti təmin etməyib.

Bundan başqa, məhkəmə erməni tərəfinin tez-tez səsləndirdiyi “hərbi əsir/girov” kimi terminlərdən istifadə etməyib, əvəzində “şəxslər” sözündən istifadə olunub. Ermənistan belə şəxslərin müstəqil şəkildə tibbi müayinədən keçirilməsi ilə bağlı da iddia qaldırmışdı. Məhkəmə bu vəsatəti də təmin etməyib. Əslində, “hərbi əsirlər” məsələsinin siyasiləşdirilməsi və manipulyasiya edilməsi anti-Azərbaycan mövqeyi kimi şərh edilə bilərdi…

S.Maqakyanın məqaləsində belə məqamlar haqda məlumat verilmir. Qeyd etdiyimiz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bir çox vəsatətini təmin etməyib. Bundan əlavə, Yerevan məhkəmədən Azərbaycanın azad edilmiş ərazilərində yerləşən və Ermənistanın iddia etdiyi mədəni irsə çıxışın təminini xahiş edib. Amma onun bu vəsatəti də rədd edilib. Bu da son deyil. Yerevanın məhkəmədən daha bir istəyi var. Söhbət “ermənilərin tarixi, mədəni və dini irsinin qorunub saxlanması səylərinə yardım göstərilməsi” tələbindən gedir. Məhkəmə isə bu vəsatəti də təmin etməyib. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın “mədəni irsin dəyişdirilməsi”nin qarşısının alınması və bunun qadağan edilməsi ilə bağlı xahişini də rədd edib.

Ermənistanın bu vəsatətləri qəbul olunsaydı, Azərbaycanın azad edilmiş ərazilərindəki abidələrinin bərpası işləri dayandırıla bilərdi. Beynəlxalq Ədalət Məhkəməsi isə yalnız erməni irsinin təhqir olunmasının qarşısının alınması və barbarlıq aktlarının günahkarlarının cəzalandırılması haqda hökm çıxarıb. Azərbaycan tərəfi isə öz növbəsində bəyan edib ki, onun müxtəlif müqavilələr çərçivəsində hər zaman belə öhdəlikləri olub. Odur ki, Bakı Beynəlxalq Ədalət Məhkəməsinin irqi ayrı-seçkiliyinin aradan qaldırılması ilə bağlı müvəqqəti qərarına riayət edəcək. Bakıda bildirirlər ki, məhkəmənin bununla bağlı qərarı Azərbaycanın ciddi yanaşdığı və yerinə yetirməyə can atdığı mövcud öhdəlikləri təsdiqləyir.

Maraqlıdır ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə mədəni irsin qorunması ilə bağlı müraciət etməyib. Çünki o, artıq əvvəlki dövrlərdə həm Beynəlxalq Ədalət Məhkəməsi, həm də Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı çox sayda vəsatət qaldırıb. Söhbət Azərbaycanın bir zamanlar işğal altında olmuş ərazilərində mədəni-dini abidlərin məhv edilməsindən gedir.

Qeyd olunduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı müvəqqəti xarakter daşıyır. Odur ki, məhkəmə Azərbaycanın iddialarını məsələnin mahiyyəti etibarı ilə baxılması mərhələsində nəzərdən keçirəcək. Yəni Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətinə gələcəkdə də baxacaq. Demək, Yerevanın arqumentləri onun özünə qarşı çevrilə bilər, çünki onlar mədəni irsin məhv edilməsi və irqi ayrı-seçkiliklə bağlı qarşı ittihamlara açıqdır. Məsələn, məlum olduğu kimi, Ermənistan hərbi birləşmələri Azərbaycanın 2020-ci ilin payızınadək işğal altında saxladığı 8 rayonunda, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycana məxsus mədəni irsi məhv edib. Azərbaycan dövləti Ermənistanı rəsmi olaraq irqi ayrı-seçkilikdə və etnik təmizləmədə günahlandırır. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, ölkənin bir zamanlar işğal altında olmuş ərazilərindəki 67 məsciddən 65-i dağıdılıb, təhqir edilib, qəbiristanlıqlar barbarlıq aktlarına məruz qalıb. Amma həmin ərazilərdə mədəni irsin yerlə-yeksan olunması, təhqir edilməsi müsəlman dini abidələri ilə məhdudlaşmır. Məsələn, ermənilərin Qarabağ regionunda bəlkə də, onlarla pravoslav kilsəsini dağıtması ilə bağlı videokadrlar var.

“Azərbaycanın məhkəməyə ünvanladığı vəsatətdə bildirir ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik zımində bir çox ayrı-seçkilik hərəkətləri edib və bunu davam etdirir. Ermənistanın bu gün də etnik təmizıəmə siyasətini birbaşa, həm də dolayı yolla davam etdirir, nifrəti qızışdırır, azərbaycanlılara qarşı etnik zorakılıq, nifrət dolu ifadələrdən istifadə, irqçi təbliğat hökumət səviyyəsində aparılır”, – deyə Beynəlxalq Ədalət Məhkəməsinin icmalında deyilir.

Faktların səthi və ilkin təhlili göstərir ki, Azərbaycanın vəsatəti ilə bağlı iş uğurla nəticələnəcək. Ermənistan Azərbaycanın Qarabağ regionunu və ona bitişik rayonları 1990-cı illərin əvvəllərində işğal edən zaman təxminən 700 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb və bu, sənədləşdirilib. Üstəlik, Xocalı qətliamı da irqçiliyin bir formasıdır. Amma Ş.Paylan hərbi cinayətlərlə bağlı məqaləsində Xocalı qətliamından da bəhs etmir. Halbuki, o, ən dəhşətli müharibə cinayətlərindən biridir. Odur ki, azərbaycanlıların irqi ayrı-seçkiliklə ittihamlar irəli sürməsi üçün tutarlı səbəbləri var. Söhbət təkcə Ermənistanın irqi ayrı-seçkiliklə bağlı hərəkətlərindən deyil, həm də Ermənistan hərbi birləşmələrinin müharibə cinayətlərindən gedir.

Əslində, Ermənistan azərbaycanlılara qarşı müntəzəm olaraq etnik təmizləmə aparıb. Məsələn, az bilinən, lakin yaxşı sənədləşdirilmiş bir faktı qeyd edək: 1980-ci illərin sonlarında Ermənistanın cənubunda yaşamış təxminən 200 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Halbuki, bu ərazilərə cəmi yüz il əvvəl Ermənistan ərazisinə çevrilib. Onu Ermənistana bolşeviklər verib. Bundan əlavə, hələ İosif Stalinin hakimiyyəti dövründə 150 min etnik azərbaycanlı Ermənistan SSR-dən Azərbaycana zorla deportasiya olunub.

Beləliklə, Beynəlxalq Ədalət Məhkəməsi hələlik müvəqqəti tədbirlərlə bağlı qərar verib. Onun son qərarı verməsi üçün uzun illər lazım olacaq. Amma yaxın gələcəkdə bu məsələ ilə bağlı başqa təşkilatlarda da mühüm nəticələr əldə oluna bilər. Məsələn, Avropa Şurası Parlament Assambleyası (AŞPA) və UNESCO-da. Beynəlxalq Ədalət Məhkəməsinin bəzi hökmləri verməsi müəyyən mənada məhz belə təşkilatların qəbul edəcəyi sənədlərdən asılı ola bilər.

Yeri gəlmişkən, irlandiyalı senator Pol Qavan 2021-ci ilin sentyabrında Avropa Şurasına Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi qismində “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı hesabatını təqdim edib. Qərbdən olan təhlilçilərin AŞPA-nın hesabatını demək olar ki, heç vaxt xatırlatmamasının səbəbləri aydın deyil. Lakin bu qurumun hesabatları AŞPA-nın nümayəndə heyətinin səfərləri və kifayət qədər geniş məsləhətləşmələr nəticəsində hazırlanır.

Qavanın hesabatı qərəzsiz sənəddir. Hesabatda “tərəflər” sözü bir neçə dəfə təkrar edilir. Sənəddə “Dağlıq Qarabağ”ın özünü idarə edən qurum deyil, coğrafi region olduğu da açıq-aydın göstərilir, üstəlik, onun münaqişə tərəfi olmadığı vurğulanır. Hesabatda münaqişənin Ermənistan və Azərbaycan arasında getdiyi bildirilir. Sənəddə daha sonra deyilir ki, Azərbaycanın dövlət sərhədləri dünya birliyi tərəfindən onun 1991-ci ildə müstəqillik qazandığı zaman tanınıb (AŞPA daxil olmaqla). “Həmin vaxt Dağlıq Qarabağ regionunun erməni əhalisi müqəddəratını təyin etmə hüquqlarına iddia ediblər”, – deyə sənəddə vurğulanır. Burada “iddia” sözü mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq hüquqa əsasən, əgər hər hansı məsələ yalnız iddia edilirsə, bu, həyata keçirilmiş hesab olunmur.

Hesabatda qeyd edilir ki, “Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatına əsasən, 1988-1993-cü illərdə Qarabağda 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsinin binası, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb”.

Azərbaycanın dağıntılarla bağlı faktlar olmadan bu cür detallı iddialar irəli sürməsi inandırıcı deyil. Paytaxt Bakıda fəaliyyət göstərən araşdırmalar mərkəzinin hesabatında qeyd edilir ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində ekoloji dağıntılar həyata keçirdiyi qismən inventarlaşdırılıb və bununla bağlı ictimaiyyət üçün açıq, ətraflı və sənədləşdirilmiş hesabatlar var. Üstəlik, bildirilir ki, bu hesabatlarda ətraf mühitin mühafizəsi üzrə müvafiq beynəlxalq humanitar qanunlara və hərbi işğalla bağlı beynəlxalq hüquq normalarına istinad olunur.

Qavanın hesabatında Azərbaycanın “Qafqaz Albaniyası” ilə bağlı yanaşmasından narahatlıq ifadə olunsa da, məruzəçi Ermənistanın Azərbaycanın mədəniyyət nümunələrini “fars mədəniyyəti”nə məxsus olduğunu göstərdiyi vurğulanır. Bu siyasətin məqsədi regionda müsəlman və türklərə məxsus bütün abidələri “fars” mənşəli kimi göstərilməsi, onların İranın yardımı ilə ərsəyə gəldiyi haqda təsəvvürün yaradılmasıdır. Yerevandakı Göy məscid bunun ən bariz nümunəsidir.

İrlandiyalı məruzəçi Ermənistan və Azərbaycana iki ölkənin mədəni irsi ilə bağlı zərərin qiymətləndirilməsi, yerdə qalan mədəni irsin qorunması üçün lazımi addımların müəyyən edilməsi üçün UNESCO-ya abidələrə məhdudiyyətsiz çıxış verməyi məsləhət görür. Əslində, təşkilatın hər iki ölkəyə daxil olmasına imkan yaradacaq bu ədalətli yanaşma, İkinci Qarabağ müharibəsi zamanı guya Azərbaycan Silahlı Qüvvələrinin Şuşadakı kilsəni atəşə tutması ilə bağlı olan hədsiz təbliğatı balanslaşdırardı.

UNESCO missiyasının bölgəyə səfəri zamanı ermənilərin azərbaycanlıların mədəni irsini dağıtdığı qeydə alınacaq. Məsələn, Şuşadakı 17 məsciddən 16-ı yerlə-yeksan edilib, yerdə qalan bir məscid isə “fars məscidi” kimi təqdim olunur. Təşkilat missiyasının səfəri zamanı foto sübutlar da nəzərə alına bilər. Bu fotolarda ermənilərin digər məscidlərdə donuz saxladığı görünür.

Bu arada, 2021-ci ilin noyabrında Azərbaycan və Ermənistan UNESCO-nun İcraiyyə Şurasına növbəti 4 il üçün üzv seçiliblər. Üstəlik, Azərbaycan UNESCO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Mühafizəsi üzrə Komitəsinə də seçilib. Bu Komitə Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolu (1999) çərçivəsində yaradılıb. Bu, onu göstərir ki, UNESCO-ya üzv olan ölkələr Azərbaycanın qərəzsizliyinə əmindirlər. İndi UNESCO üzvləri erməni silahlı birləşmələrinin işğal dövründə yol verdiyi hüquq pozuntularını sənədləşdirməli, təşkilatın bunu təsdiqləməsinə imkan yaradılmalıdır. “Erməni silahlı qüvvələri” dedikdə Ermənistan Respublikasının Silahlı Qüvvələri nəzərdə tutulur.

Yeri gəlmişkən, 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qərarında deyilir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamə ilə Azərbaycan ərazisi olaraq tanınan torpaqları işğal etmiş erməni silahlı qüvvələri həqiqətən Yerevanın nəzarətində olub və onu digər siyasi qurumlar deyil, məhz Ermənistan hökuməti birbaşa idarə edib.

Beləliklə, Paylan və Maqakyanın məqalələrində vacib məsələlər qaldırılır. Ermənilər və azərbaycanlıların yanaşı yaşamasına imkan yaratmaq, onların keçmişin dəhşətlərindən xilas olmasına, həqiqi barışığa, sülhə və rifaha nail olmasına yardım etmək üçün bu məsələlərin yoxlanılmasına və həll edilməsinə ehtiyac var. Amma bu hədəflərə “obyektiv və qərəzsiz” kimi təqdim edilən birtərəfli təhlillərlə çatmaq mümkün deyil.

Tərcümə: Worldmedia.az

Mənbə:  The National Interest

24 saat” “Keçmişin dəhşətlərindən xilas olmaq üçün…” başlıqlı yazını pressklub.az saytına istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Bunu da oxuyun
Close
Back to top button