Loading...
Loading...
Sağlam Həyat

Kondisioner virusun yayılmasına kömək edir

Kondisioner virusun yayılmasına kömək edir

Səhiyyə Nazirliyi və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi soyuq havada virusdan qorunmaqla bağlı tövsiyələr açıqlayıb. e-tibb.az həmin tövsiyələri təqdim edir:

Soyuq havada COVİD-19-dan necə qorunmaq olar?

Soyuq havada insanların qapalı məkanlarda toplaşması virusun artması ilə müşahidə olunur.

Yoluxma riskini aşağı endirmək üçün müntəzəm olaraq havası dəyişdirilən, sosial məsafənin qorunduğu məkanlara üstünlük verilməlidir.

Evdə və ofisdə otaqların havası müntəzəm olaraq dəyişdirilməlidir.

Soyuq otaqlarda isinmə məqsədilə kondisionerdən istifadə burunun selikli qişasını qurudur.

Bu, virusun orqanizmə daxil olmasına şərait yaradır. Kondisioner həm də otaqda virusun yayılmasına kömək edir.

Tibbi maskalar, xüsusilə yağışlı havalarda tez-tez yenilənməli, əllərin gigiyenasına diqqət yetirilməlidir.

 

 

 



24 saat” “Kondisioner virusun yayılmasına kömək edir” başlıqlı yazını “e-tibb”az saytına istinadən dərc edib

Sağlam Həyat

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button