2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Konqres prezidentin sabiq FBI direktoru ilə söhbəti haqqında faktları tələb edib

ABŞ Nümayəndələr Palatasının aparıcı respublikaçılarından biri FBI-a müraciət edərək, büronun sabiq direktoru Ceymz Kominin ABŞ prezidenti Donald Tramp tərəfindən keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinlə bağlı istintaqı dayandırmasını tələbi ilə əlaqəli məlumatların konqresə təqdim etmələrini istəyib.

Konqresin Nəzarət Komitəssinin sədrinin Ceyson Çaffetz FBI-ın direktor əvəzi Endyu Makkeybə ünvanladığı məktubda Komi və Tramp ilə bağlı bütün materialların may ayının 24-nə qədər komitəyə təqdim edilməsini tələb edib.

Saytların yığılması Saytlarin yigilmasi

New York Times qəzetinin çərşənbə axşamı yaydığı məlumata görə, fevral ayında Flin istefa edəndən bir gün sonra büronun sabiq direktoru Komi bu mövzuda Tramp ilə müzakirəsi haqqında ətraflı hesabat yazıb.

Trampın Komini keçən həftə istefaya göndərməsi geniş siyasi müzakirələrə səbəb olub. Nəticədə, Rusiyanın keçənilki prezident seçkilərinə müdaxiləsi və Tramp kampaniyası üzvlərinin Rusiya ilə əlaqələrin araşdıracaq xüsusi prokurorun təyin edilməsi tələblərini səslənməyə başlayıb.

Sabiq milli təhlükəsizlik müşaviri Flinin istefası onun Rusiya əlaqələri haqqında bəzi sübutların aşkarlanmasından sonra baş vermişdi.

Hüquq ekspertlərinin fikrincə, Prezidentin FBI direktorun bu tələbi sübut olunsa, bu onun impiçmentinə səbəb ola bilər. Ağ Ev isə öz növbəsində bu ittihamları inkar edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button