2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Koronavirus qatı cinayətkara azadlıq bəxş etdi – AZƏRBAYCANDA

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev koronavirus (COVİD-19)  infeksiyasının yayılması ilə əlaqədar  yaşı 65-dən yuxarı olan 176 məhkumu azadlığa qovuşduran sərəncam imzalayıb.

24 saat“bildirir ki, sərəncamın tələblərindən irəli gələn şərtlərə əsasən, azadlığa buraxılan şəxslər arasında qatı cinayətdə ittiham olunaraq 12 il müddətinə həbs olunmuş ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli sabiq məmuru Akif Çovdarov da var.

Akif Çovdarov Cinayət Məcəlləsinin bir neçə – qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə, quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham olunaraq həbs olunmuşdu.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button