2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Korotçenko: “Azərbaycanın qələbəsi ölkənin müasir tarixində çox əhəmiyyətli hadisədir”

“Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi müasir tarixdə əhəmiyyətli hadisədir. Çünki bu cür münaqişələrin silah gücü ilə həlli praktikasında ilk dəfə olaraq Azərbaycan erməni təxribatına cavab kimi “dəmir yumruq” əməliyyatını həyata keçirib. Əks hücum zamanı düşmən təslim olub”.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

“Şübhəsiz ki, bu qələbə onilliklər boyu davam edən dövlət quruculuğunun, müasir dünyanın ən yaxşı ordularından birinin yaradılmasının nəticəsi idi. Azərbaycan səmərəli şaxələndirilmiş iqtisadiyyat qurmağı, dövlət problemlərinin həllinə uyğunlaşdırılmış siyasi sistem yaratmağı bacarıb. Bütün bunlar Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 ili xarakterizə edir. Dövlət başçısı qələbəyə nail olmaq üçün cəmiyyəti birləşdirdi. Azərbaycan xalqını bu əhəmiyyətli tarix münasibətilə təbrik edirəm”, – o vurğulayıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button