2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Korrupsiyaya görə həbs olunmuş Vidadi Muradov həbsdən buraxılıb

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin keçmiş sədri Vidadi Muradov həbsdən buraxılıb.

Bu barədə yayılan məlumatları bu gün, noyabrın 1-də Penitensiar Xidmətdən “Turan”a da təsdiq ediblər.

Yerli saytlarda yayılan məlumatlarda qeyd edilir ki, V.Muradov xəstəliyi ilə bağlı müalicə aldığına görə Bakı Ağır Cinayətlər Məhkəməsi barəsində həbs-qətimkan tədbirini dəyişdirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi ilə, hələlik, danışmaq mümkün olmayıb.

V.Muradov bu ilin əvvəlində həbs edilərək işdən çıxarılıb. 

O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Baş Prokurorluq bildirib ki, istintaq zamanı V.Muradov və onun ailə üzvlərinin adlarına olan, ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış, qeyri-yaşayış sahələri, “Azər-İlmə” MMC-nin səhm paylarının, aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button