2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kozlariç: “Azərbaycanla Qərb arasında münasibətlərin pisləşməsindən Rusiya və İran faydalanacaqlar”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç hesab edir ki, bu il Qərblə Azərbaycan arasında münasibətlər yalnız “müxalifətin sıxışdırılması və Bakının Qarabağla bağlı ABŞ və Avropa İttifaqının vasitəçilik səylərini sabotaj etməsi səbəbindən” pisləşəcək. Bu barədə o, Turan-ın Vaşinqton müxbirilə söhbətində bildirib.

“Rusiya və İran bundan faydalanırlar. İlham Əliyev hesab edir ki, Vaşinqtonun islahatlar və sülhlə bağlı təzyiqinə məhəl qoymaya bilər”, – 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Kozlariç qeyd edib.

Qarabağdan danışan keçmiş səfir bildirib ki, 2024-cü ildə real sülhə doğru heç bir hərəkət görmür. “Fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərinə və noyabrda keçiriləcək COP29-a  qədər heç nə baş verməyəcək. Odur ki, diplomatik proses 2024-cü ilin sonuna yaxın başlaya bilər”, – o deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Sərhəd problemləri diqqəti yayındırıcı xarakter daşıyır. Azərbaycan Ermənistanla “əbədi və layiqli” sülh sazişi barədə danışıqlar aparmaq istəmir. “Bakı öz sülh ideyasını qəbul etdirmək istəyir”, – diplomat belə hesab edir.

Fevral seçkilərinə gəlincə, onlar əvvəlkilərdən fərqlənməyəcək. “Onlar nə azad olacaq, nə də ədalətl. Əliyev qalib gələcək-bu, əvvəlcədən müəyyənləşdirilib. Təəssüf edirəm ki, buna haqq qazandırmaq üçün insan hüquqlarının pozulması davam edir”, – Riçard Kozlariç fikri yekunlaşdırıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button