Bizim tərcümə

Kral Çarlz ilk Milad mesajında ​​yaşayış dəyərinə toxundu

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-26 08:18:26

O, borclarını ödəmək, ailələrini yemək, içki və istiliklə təmin etməkdə çətinlik çəkən insanların narahatlığından danışıb.

Kralın çıxışı zamanı ərzaq banklarının və evsiz insanların fotoları nümayiş etdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

İngiltərədə noyabr ayında yüzdə 10,7 olan inflyasiya və artan enerji qiymətləri bir çox insanın çətinlik çəkməsinə səbəb olur.

Vindzor qəsrindəki Müqəddəs Georgi kilsəsində Milad nitqini söyləyən Kral Çarlz burada dəfn edilən anası Kraliça II Yelizavetaya da istinad etdi.

Kral Çarlz anasının ölümündən sonra göstərilən sevgi və xoş arzuları xatırladı.

Kraliça Elizabet isə keçən ilki çıxışında bu vəzifəni gələcək nəsillərə ötürməyin vacibliyini qeyd etmişdi.

Kral Çarlz ianə verən və ya yeməklə kömək edən insanların “səxavətini” tərifləyib.

Kralın çıxışı zamanı yalnız kral ailəsinin vəzifədə olan üzvləri görünürdü.

Buna görə də Susseks hersoqu və hersoginyası, şahzadə Harri və Meqan Markl, York hersoqu Şahzadə Endryu qeyd olunmayıb.

Cinsi təcavüzdə günahlandırılan şahzadə Endryu bu səbəbdən ictimaiyyətdə böyük müzakirələrə səbəb olub.

Bukingem Sarayı Kraliça Elizabetin ölümündən sonra edilən ianələrin enerji pulunu ödəməkdə çətinlik çəkən insanlara getdiyini bildirdi.

Miladda kral və ya kraliçanın çıxışının mənşəyi 90 il əvvələ gedib çıxır.

Kraliça Yelizavetanın babası Kral V Corc 1932-ci ildə radio vasitəsilə ilk çıxışını etdi və ilk televiziya çıxışını 1957-ci ildə Kraliça Yelizaveta etdi.

Ənənəyə zidd olaraq, Kral Çarlz çıxışını masa arxasında deyil, ayaq üstə deyib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button