2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Küləyə görə 204 neftçi təxliyə olunub

Güclü külək üzündən Xəzər dənizindəki özüllərdə çalışan neftçilərin təxliyə edilməsinə başlanıb.

Bu haqda SOCAR-ın “Azneft” İstehsalat Birliyinin məlumatında bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Birlikdən verilən məlumata görə, hazırda özüllərdəki bəzi işçilərin çıxarılması həyata keçirilib. Ümumilikdə 204 neftçinin təxliyə edildiyi vurğulanır.

“Müxtəlif sahələrdən ümumilikdə 204 nəfər işçi təxliyə olunub. Hava şəraitindən asılı olaraq estakada və meydançalarda hərəkət məhdudlaşdırılacaq. Vacib olmayan işçilər yaşayış məntəqəsinə təxliyə olunacaq. Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir”, – deyə birliyin məlumatında bildirilir.

Bu gün, aprelin 24-ü və25-də açıq dənizdə küləyin sürətinin 34 metr/saniyə qədər artacağı gözlənilir. Belə durumlarda dalğaların hündürlüyü 3-5 metr, bəzən 5-7 metrə çatır.

“Azneft” İB təhlükəsizliklə bağlı bütün sahələrdə maarifləndirmə işlərinin aparıldığını, təhlükəli işlərin məhdudlaşdırılması barədə tapşırıqların verildiyini bildirir.

Son illər güclü külək üzündən Xəzərdə Azərbaycan neftçiləri bir neçə dəfə qəzaya düşüblər. Bu qəzalarda onlarla neftçi həlak olub.

Belə hadisələrdən biri 2016-cı il dekabrın 15-də baş verib. Qasırğa Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin estakadasını uçurması nəticəsində 10 neftçi dənizə düşüb. Onlardan birinin həmin gün, 6- nın isə sonrakı günlər cəsədi tapılıb ailəsinə verilib. Digər neftçilər rəsmən, hələ də itkin sayılır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button