2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

KXCP hakimiyyətdə olan rus–erməni yönlülərə xəbərdarlıq etdi

23 yanvar 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuşdur. İcraya yönəlik qərarların müzakirsində KXCP-nin 20 yanvar Qəhrəmanlıq Gününn 27-ci ildönümü ilə bağlı Bakda və bölgələrdə keçirdiyi tədbirlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
Toplantıda sosial – iqtisadi vəziyyət müzakirə edilmişdir. Minimum əmək haqqının və yaşayış minimumunun artırılmasının reallığa uyğun olmadğı tənqid edilmişdir.
Toplantıda, rusiya xarici işlər naziri Kələntaryan – Lavrovun Azərbaycan ərazi bütövlüyünə, suverenliyinə zidd bəyanatı bir daha müzakirə edilmişdir. Kələntaryan – Lavrovun anti Azərbaycan düşmən mövqeyinə görə lider televiziyasının Moskva müxbiri Anar Həsənovun cəzalandırılması kəskin pislənilmişdir. Müxbirin cəzalandırılması Azərbaycanın informasiya blokadasına alınmasına xidmət edir.
Dağlıq Qarabağ ərazisində anti – terror əməliyyatının aparılmasının vacibliyini illər öncə vurğulayan KXCP, MŞ-nın rəhbəri Ə.Amaşovun da üzvü olduğu parlamentdə iki ay öncə səsləndirən millət vəkillərinə təşəkkürünü bildirir, rus yönlü və erməni yönlü hakimiyyət təmsilçisi və tərəfdarlarına xəbərdarlıq edir. Rusiyanın Azərbaycandan olan təmsilçiləri rus ordeni və medallarına yox, seçicilərinə və Azərbaycan insanına etibar etsinlər.
Toplantıda, rusiya təmayüllü orta məktəblərin sayının artması, rus universitetlərinin filiallarının açılması fonunda bağlanan universitetlərin, litseylərin məsələləri müzakirə edilmişdir. KXCP, universitetlərin bağlanmasını hakimiyyətin uğursuz təhsil siyasətinin nəticəsi olduğunu bildirir.
24.saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button