2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

Ləğvetmə prosesində olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı qərar qəbul edildi

Ləğvetmə prosesində olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı qərar qəbul edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “Banklar haqqında” qanunun 81.1-ci və 81.3-cü maddələrinin İnzibati Prosessual Məcəlləsinin 131-ci və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb.

Qəbul olunmuş qərara əsasən, “Banklar haqqında” qanunun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir. “Banklar haqqında” qanun, habelə İnzibati Prosessual Məcəllənin müvafiq maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button