2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Ləzgi hücumçu AFFA-dan təklif alıb: “Mən bundan nəzakətlə imtina etdim”

Bu ildən Bolqarıstanın “Slaviya” klubunda çıxış edən Serder Serderov AFFA-nın təklifindən imtina edib.

Qaynarinfo.Az xəbər verir ki, championat.com saytının əməkdaşı Danila İqnatov 22 yaşlı Maxaçqala doğumlu ləzgi hücumçuya bu sualı verib: “15 yaşdan Rusiyanın yeniyetmələr yığmasında çıxış etdiniz, sonra isə gənclər millisində, 20-dən çox qol vurdunuz. Niyə ötən il “gənclər”ə çağırılmadınız?”

Serderovun cavabı belə olub: “Kimi çağırırlar, kimi yox, buna məşqçilər qərar verir. Mənim işim futbol oynamaqdır. Yeri gəlmişkən, Ramil Şeydayev və Emin Mahmudova qədər və sonra da bir neçə dəfə AFFA-dan mənə zəng vurmuşdular. Mənə yerli pasport hazırlamağı və milli komandada oynamağı təklif etdilər. Ancaq mən bu təklifdən nəzakətlə imtina etdim. Mən rusiyalıyam, Moskvada yaşayıram deyə bu məsələ mənim üçün prinsipialdır”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button