2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Lavrov Bayramova zəng edib, üçtərəfli bəyanatın vacibliyini vurğulayıb

Yayımlandı: 22 Dekabr 2022 17:27

Rəsmi Moskva Yerevanın dekabrın 23-dəki görüşdən imtina etməsindən təəssüflənib

Dekabrın 22-də Rusiya və Azərbaycanın xarici işlər nazirlərinin telefon danışığı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, söhbət zamanı Laçın dəhlizinin bağlanması və regionda filiz yataqlarının işlənməsinə dair tərəflər arasında fikir ayrılıqlarının olması səbəbindən sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyət müzakirə edilib.

“Sergey Lavrov Dağlıq Qarabağ və Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz kommunikasiyanın təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb”, – deyə Rusiya XİN əlavə edib.

Eyni zamanda, Lavrov rəsmi Yerevanın dekabrın 23-də planlaşdırılan görüşdən imtina etməsindən təəssüflənib.

Nazirlik vurğulayıb ki, sabahkı görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanmasını müzakirə olunmalıydı.

Məlumata görə, S.Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası istiqamətində ritmik işin davam etdirilməsinin vacibliyini qeyd edib.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabrında imzalanmış üştərəfli bəyanata (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Laçın dəhlizində nə baş verir?

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.
Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürüblər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button