2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Lavrovdan sərt açıqlama

Lavrov hadisədən dərhal sonra həmkarı Mevlut Çavuşoğlu ilə telefonla danışdığını deyib
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu gün Moskvada keçiriləcək Türkiyə, Rusiya və İranın qatılacağı toplantıdan əvvəl açıqlama verib. Bizimyol.info xəbər verir ki, Lavrov səfir Andrey Karlovun öldürülməsində məqsədin Suriyadakı terrorizmə qarşı verilə mübarizənin qarşısını almaq olduğunu deyib.

Lavrov dünən baş vermiş hadisəni qınayıb və bildirib ki, qurulmuş planlar boşa çıxacaq: “Bu toplantıda, bu qətlin əmrini verən və hazırlayanları bəsləyənlərin planlarını gerçəkləşdirmələrini imkansız hala gətirəcək tədbirlər görəcəyik.”
Lavrov hadisədən dərhal sonra həmkarı Mevlut Çavuşoğlu ilə telefonla danışdığını deyib.
Qeyd edək ki, Mevlut Çavuşoğlu toplantıda iştirak etmək üçün dünən Moskvaya gedib.
Xatırladaq ki, dünən axşam saatlarında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button