2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Lerikdəki qar faciəsi ilə bağlı YENİ XƏBƏR

Ötən gün Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra həmin evdə yaşamaq mümkün deyil. O mənzilin sakinləri müvəqqəti olaraq qohumlarının evində məskunlaşıblar.

Bunu Publika.az-a açıqlamasında Lerik rayon icra başçısının müavini Habil Məlikov deyib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi vətəndaşı çadırla təmin edib: “Lakin hava şaxtalı, qarlı olduğuna görə çadırda durmaq mümkün olmadı. Çadır alilə başçısına təqdim edildi. İcra hakimiyyəti olaraq biz vətəndaşı müvəqqəti olaraq qohumlarının evinə yerləşdirdik. Evin iki otağı tam yararsız hala düşüb, orada yaşamaq mümkün deyil. Yəqin ailə başqa bir yerə köçürüləcək. Həlak olanların yas mərasimi ev sahibi Əhliman Mustafayevin digər oğlunun evində keçiriləcək”.

Saytların yığılması Saytlarin yigilmasi

H.Məlikov bildirib ki, insanlar min illərdir həmin kənddə yaşayır, son vaxtlarda belə bir uçqun qeydə alınmayıb: “Bu kənd 150 metr hündürlüyündəki dağın ətəyində yerləşir. Kəndin iqlimi Xınalıq kəndini xatırladır. Orada qarın hündürlüyü 2 metrə qədər olur. Dünən biz kəndə çatana qədər yolları təmizlədik, lakin ötən gecə çovğun səbəbindən yol yenidən bağlanıb. Səhər saatlarında texnika işlədi, yol təmizlənib. Lakin bu gecə də yolun yenidən buz bağlaması istisna edilmir”.

Qeyd edək ki, ötən gün qar uçqunu evin üzərinə düşüb. Hadisə nəticəsində 4 nəfər ölüb, 1 uşaq isə sağ qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button