SEÇMƏ

Leyla Abdullayeva səfir göndərildi

Yayımlandı: 17 Oktyabr 2022 15:40

O, Azərbaycanı Fransada təmsil edəcək

Leyla Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də sərəncam imzalayıb.

Bu günə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri olan Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alan L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır.

Leyla Abdullayeva 2018-ci ildə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

O, 2018-ci ilin oktyabrında nazirliyin Mətbuat İdarısinin rəhbəri təyin edilib.

Leyla Abdullayeva ailəlidir və iki övladı var.

Həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandaki səfiridir.

Meydan TV

Gözdən qaçırmayın:  Sabunçu sakini: “Dolanışıq üzündən böyrəyimi satmaq məcburiyyətində qalmışam”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button