Bizim tərcümə

Lionel Messi 1000-ci oyununu əbəs yerə keçirmədi! O, həm Ronaldonu, həm də Maradonanı ötüb, ilk…

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-04 09:17:58

Argentina və Avstraliya DÇ-2022-nin 1/8 finalında kozırlarını bölüşüblər. Argentina 2-1 hesabı ilə qalib gəlib.

1000-Cİ MAÇDA

Saytların yığılması Saytlarin yigilmasi

Dünya çempionatının favoritlərindən biri kimi göstərilən Argentina yığmasının kapitanı Messi Avstraliyaya qarşı 1000-ci oyununu keçirib.

35 yaşlı ulduz millinin heyətində 169, Barselona və Paris Sen-Jermendə isə 831 matçda forma geyinib.

Bu matça qədər 788 qol vuran argentinalı ulduz 338 məhsuldar ötürmə də edib.

BOŞ DEYİL

Tarixi matçda 11-ci dəfə meydana çıxan Messi, Avstraliya şəbəkələrini də silkələməyi bacardı. Matçın 35-ci dəqiqəsində cərimə meydançası xəttinə yaxın sahədə topu qarşılayan Messi qəşəng zərbə ilə komandasını irəli çıxarıb.

MARADONANI ARXA QOYDU

Qətərdə keçirilən turnirdə 3-cü qolunu vuran argentinalı ulduz dünya çempionatı tarixində 9-cu qolunu vuraraq Dieqo Maradonanı ötüb.

RONALDONU DA KEÇDİ

Messi bu qolla dünya çempionatında 8 qol vuran əzəli rəqibi Kriştiano Ronaldonu da geridə qoyub.

İLK DƏFƏ UĞURLU

Bu turnirə qədər 6 qol vuran ulduz futbolçu mundialın seçmə mərhələsində ilk qolunu Avstraliya ilə görüşdə vuraraq 1000-ci matçına imza atıb.

1 QOL QALDI

Argentinanın dünya çempionatının bombardiri titulunu Batistuta ilə bölüşmək üçün Messinin daha bir qolu lazımdır. O, həmçinin aktiv oyunçular arasında Müllerdən bir qol geridə olmaqla, Dünya Kubokunda ikinci bombardirdir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button