Loading...
Loading...
Xəbərlər

Litva Rusiyanın kiberhücumuna məruz qalıb

İyunun 27-də Litvanın dövlət və özəl strukturları kiberhücumdan əziyyət çəkib.

Bu barədə Litvanın Milli kibertəhlükəsizlik mərkəzi məlumat verir.

Dövlət vergi müfəttişliyinin, Miqrasiya departamentinin, habelə nəqliyyat şirkətləri və bir sıra kütləvi informasiya vasitələrinin (KİV) saytları çalışmayıb.

Milli kibertəhlükəsizlik mərkəzinin direktoru Yonas Skardinskasın sözlərinə görə, hücumlar Rusiyadan həyata keçirilib. Kremyönümlü “Killnet” qruplaşması da artıq məsuliyyəti üzərinə götürüb. Özlərinin Telegram-kanalında onlar video yayaraq Litvadan “Kalininqradın blokadası”nı götürməyi tələb ediblər, hakerlərin vurğulamasına görə, əks alda hücumlar davam edəcək.

Yonas Skardinskas ehtimal edir ki, yaxın günlərdə ölkənin nəqliyyat, energetika və maliyyə sektorunun saytlarına hücumlar gerçəkləşə bilər.

Hakerlər öz bəyanatlarında Litvanın sanksiyaya düşmüş yükləri daşıyan qatarları öz ərazisindən Kalininqrad vilayətinə buraxmamasını “Kalininqradın blokası” adlandırırlar. Buraya daş kömür, metal, sement, odun və yüksəktexnoloji məhsulların daşınması daxildir.

Litvanın LTG dəmiryol konserninin nümayəndəsi Mantas Dubauskas deyib ki, təmsil olunduğu şirkət Avropa İttifaqının Rusiya və Belarusa qarşı sanksiyalarını icra edir, qadağalar iyunun ortalarına tam qüvvəyə minməli idi.

Rəsmi Moskva Litvanın qərarına sərt şəkildə qarşı çıxaraq bildirib ki, söhbət ixracdan yox, Rusiyanın bir ərazisindən digərinə yüklərin tranzitindən gedir. O, sərt tədbirlər görəcəklərinə söz verib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Rusiya 100 ildə ilk dəfə...

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button