Loading...
Loading...
SEÇMƏ

Liz Truss ölkədəki iqtisadi şoku neytrallaşdırmaq istəyir

Yayımlandı: 8 Sentyabr 2022 16:03

“Baş nazirin vergiləri azaltmaq vədi maliyyə bazarlarını sarsıdıb”

Britaniyanın yeni Baş naziri Liz Truss sentyabrın 8-də verdiyi açıqlamada bildirib ki, artan elektrik qiymətlərinin qarşısını almaq lazımdır.

Üstəlik, Ukraynadakı müharibənin səbəb olduğu iqtisadi şoku neytrallaşdırmaq üçün 100 milyard funt sterlinq (115 milyard dollar) ayrılacaq. Bu vəsait alternativ enerji mənbələrinə yatırılacaq.

Böyük Britaniyada ev təsərrüfatlarının enerji xərcləri təxminən dörd dəfə artıb.

Baş nazir Liz Truss deyib ki, istehlakçıları və müəssisələri qorumaq üçün təcili tədbirlər görüləcək.

Baş nazirin elan etdiyi dəstək paketini maliyyələşdirmək üçün hökumət borcları artıb.

Bildirilir ki, nazirin vergiləri azaltmaq vədi maliyyə bazarlarını sarsıdıb. Bu səbəbdən sentyabrın 7-də funt sterlinq dollara qarşı 1985-ci ildən bu yana ən aşağı səviyyəyə düşüb.

“Deutsche Bank” artan enerji qiymətlərinin tənzimlənməsi və Trussun vəd etdiyi vergi endirimlərinin 179 milyard funt-sterlinqə bərabər olduğunu açıqlayıb.

Liz Truss. Mənbə: Clicksbox/shutterstock

Bu, İngiltərənin COVID-19 pandemiyasına xərclədiyi məbləğin təxminən yarısına bərabərdir.

“Biz insanlara və müəssisələrə kömək etmək üçün dərhal hərəkətə keçəcəyik. Eyni zamanda, yaranmış problemlərin əsas səbəbini həll etməyə çalışırıq ki, bir daha hazırki duruma düşməyək”, – Truss açıqlamasında bildirib.

Britaniya 1980-ci illərin sonundan 2004-cü ilə qədər Şimal dənizinin neft və qaz yataqlarının işlənməsindən sonra enerjinin xalis ixracatçısı olub. Lakin hasilat 1999-cu ildə pik həddə çatdıqdan sonra davamlı olaraq azalıb.

Ölkə hazırda bütün əsas yanacaq növlərinin xalis idxalçısıdır.

Hökumət açıqladığı rəsmi məlumatlar göstərir ki, İngiltərə 2021-ci ildə istifadə etdiyi enerjinin 38 faizini idxal edib.

Sentyabrın 8-də elan edilən paketin bir hissəsi olaraq hökumətin Şimal dənizində 130-a qədər neft və qaz kəşfiyyatına lisenziya verəcəyi və yerli icmalar razılaşarsa, frakinq qadağasını ləğv edəcəyi gözlənilir.

Meydan TV

Gözdən qaçırmayın:  Blinken Ukraynaya gəlib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button