2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Londona hücum edən Khalid Masood bunu tək edib, polis deyir


Westminster-ə hücum edən Khalid Masood bunu tək edib və başqa planlaşdırılmış hücumların olduğunu güman etməyə səbəb yoxdur, Scotland Yard (Londona nəzarət edən polis) deyib.

Çərşənbə günü Khalid Masood piyadaların üstünə maşın sürəndə 3 nəfəri öldürüb və 50-dən çox adamı yaralayıb. Bundan az sonra o, polisi bıçaqlayıb və digər polis tərəfindən güllələnərək öldürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bütün bunlar 82 saniyə ərzində baş verib.

Polisin bildirdiyinə görə, ola bilsin “biz onun hərəkətlərinin səbəbini heç vaxt anlamayacağıq”.

Polis rəsmisi Neil Basu deyib: “Biz hələ də inanırıq ki, Masood həmin günü tək fəaliyyət göstərib və digər hücumların planlaşdırıldığına işarə edən məlumat və ya kəşfiyyat yoxdur”.

“O, bunu təkbaşına hazırlasa da biz onun ağlabatmaz hərəkətlərinə tam aydınlıq gətirməliyik ki, londonlular arxayın ola bilsinlər, […] qurbanların ailələri isə suallarının cavablarını ala bilsinlər”.

Öldürülmüş polis Keith Palmerin ailəsi deyib ki, onun qoçaqlığı unudulmayacaq.

Cənab Palmeri xilas etməyə çalışanlardan biri olan millət vəkili Tobias Ellwood isə cəhdlərinin uğurlu olmadığına görə “ürəyinin sındığını” bildirib.

Keith Palmer, Kurt Cochran, Aysha FradeFotonun müəllifiPA/FACEBOOK
Image captionSoldan: hücumda həlak olan Keith Palmer, Kurt Cochran və Aysha Frade

Əlaqəli mövzular



Source link

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button